26.04.2024

AVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb — VİDEO

AVMVİB-nin 25 illiyi ilə bağlı tədbirdə duyğulu anlar yaşanıb — VİDEO

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi münasibətilə sentyabrın 18-də Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbir, öz işinə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.

Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranı, şəhid ailələri, Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, Azərbaycan Hərbi Prokrorluğu Şikayətlərə baxılması şöbəsinin rəisi, Ədliyyə polkovniki Səfər Əhmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudova, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, General leytenant Yaşar Aydəmirov, QƏMVŞAİB-in sədri Mehdi Mehdiyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, təşkilatın üzvləri, ictimai qurumların təmsilçiləri və gənclərlə yanaşı, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra İctimai Birliyin son 1 ildə gördüyü və həyata keçirdiyi işlərin əks olunduğu «AVMVİB: Film kimi 25 il» video çarxı nümayiş edilib.
.
Çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib.

Qeyd edilib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən rəsmi fəaliyyət göstərir. 1994-cü ilin avqust ayının 26-da Ədliyyə Nazirliyində (qeydiyyat № 603) qeydiyyata alınıb. Birliyin 10 sentyabr 2019-cu il tarixinə kimi 65395 nəfər üzvü var (üzvülük vəsiqəsi almış şəxslər).

Daha sonra çıxış edənlər öz təmsil etdikləri qurumların tədbirlərini və öz ürək sözlərini çatdırıblar. Xüsusən General leytenant Yaşar Aydəmirovun vətənpərvər notlarla zəngin çıxışı döyüşçülər arasında duyğulu anlar yaşadıb.

Tədbirdə hərbi vətənpərvərlik ruhlu mahnılarıyla Türk dünyasında məşhur olan Şəmistan Əlizamanlı mahnılar ifa edib.

FOTO: Abşeronxeber.az-a məxsusdur
E. Səlim
R. Hüseynov
A. Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: