18.04.2024

AVMVİB İdarə Heyətinin növbəti iclası keçirildi

11 yanvar 2020-ci il tarixdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin növbəti iclası keçirildi.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev iclası açıq elan etdi və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqə sükutla yad edildi.

Müzakirə üçün gündəlik məsələləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov müzakirəyə təqdim etdi:


-2021-ci ilin yekunlarına dair sədrin hesabatı
-Rayon şöbləri üçün vahid ştat cədvəlinin təsdiqi
-Təşkilati və cari məsələlər
-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarının yerlərdə icrasının vəziyyəti barədə


Hesabatla çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev, il ərzində görülən işlərdən danışaraq, bildirdi ki, bütün bu işlərin görülməsiylə yanaşı 24 mindən artıq gənc döyüşçünü heç bir üzvlük haqqı və yaxud vəsiqənin hazırlanması xərci olmadan üzvlüyə qəbul etmişik. Əlbəttə heç bir maliyyə qaynağı olmadan bu işləri görmək bizlərə çətin olsa da bu işin öhdəsindən bacarıqlı şöbə sədrlərimiz və AVMVİB Rəhbərliyi ilə birgə gəlmişik. Məqsədimiz cəbhədən dönmüş gəncliyin kimlərinsə təsirinə düşməməsiydi. Çünki daxildəki kolon nümayəndələrinin daim hədəfində olduğumuzu bilirik. Hansı məmur bu işdə, veteran və şəhid ailələrinə problem yaradırsa, onların probleminə yardımçı olmurlarsa, elə belələri həmin 5-ci kolonun üzvləridir. Çünki ölkəmizin rəhbəri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin mövqeyi, göstəriş və tapşırıqlarını hər birimiz alqışlayırıq. Amma nədənsə bəziləri hələ də bu göstəriş və tapşırıqları görməzdən gəlirlər. Problemi həll etməmələri bir yana, hələ veteranlara əlavə problem yaratmağa çalışırlar. İl ərzində hər bir döyüşçünün yanında olmağa çalışmışıq. Öz şəxsi əlaqələrimizdən istifadə etmişik. Bu gün yeni üzvlərin axını dediklərimi bir daha sübut edir.


Sədr F. Rzaquliyev, daha sonra bəzi şöbələrin yarıtmaz fəaliyyəti haqqında bu il ölçü götürüləcəyini qeyd etdi. Ümunilikdə götürdükdə AVMVİB-nin illik fəaliyyətini qənaətbəxş hesab edildi.

Daha sonra çıxış edənlər — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, sədr müavinləri İslam Səfərov, Qurban Osmanov, NTK sədri Niyazi Quliyev və AVMVİB İdarə Heyətinin üzvü Xaqani Ədəboğlu gündəlik məsələlər ətrafında çıxışlar etdilər. Yarıtmaz fəaliyyət göstərən şöbə sədrlərinin tutduğu vəzifədən azad edilməsi, xəbərdarlıq və son xəbərdarlıq elan ediləcək şöbələr ətrafında müzakirələr getdi.


Xüsusən AVMVİB İdarə Heyətinin qərarını yerinə yetirməyən və qismən nəynsə xatirinə yerinə yetirən şöbələr barəsində də izahat işləri aparılması tövsiyyə olunub.


Şöbələrin fəaliyyətləri barədə AVMVİB sədrinin səlahiyyətli nümayəndələrinin fəaliyyəti gücləndirilsin, bir neçə şöbə sədri tutduqları vəzifələrdən azad edilib və bəzi şöbələr barədə araşdırmalar aparılması qərara alınıb.

Həmçinin fəal rayon şöbə sədrlərinin, Fedai.az, Veteran.az və Veteran tv əməkdaşlarının mükaftlandırılması və Fəxri fərmanlarla təltif olunması üçün təkliflər hazırlansın.


Qərara alındı ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarı imzalamaqla hər bir şöbəyə rəsmən təqdim edilsin.


AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: