Niyə xərçəngsiniz?

Dr. Taner Akman
@drtanerakman

Həyatında həmişə şəkər oldu. Şəkərsiz çay, qəhvə içmədin. Səhər yeməyində mürəbbə və qaymaqlı şokolad olmadan oturmadın. Ağ düyü və çörəyin şəkər olduğunu da unutdun. Tərkibində çox miqdarda fruktoza olan meyvələr yedin. Qlükoza və aspartam olan məhsullar istehlak etdin. Kola və qazlı içkilərin şəkər və zəhər qarışığı olduğunu bilə-bilə içdin. Əvvəlcə insulin çatışmazlığı başladı, sonra diabet xəstəliyinə tutuldun, çəkin 150 kiloqramadək artdı, amma dayanmadın.

Palma yağı, günəbaxan yağı, qarğıdalı yağı, marqarin və trans yağı ilə hasil olan məhsullardan istifadə etdin. Kərə yağı, zeytun yağı istehlak etmədin və orqanlarından biri iflas edənə qədər yedin.

Bütün qablaşdırılan maye və qatı məhsulların saxlanması üçün qatılmış kimyəvi maddələrin xərçəng yaradacağına əhəmiyyət vermədin. Makaronları, turşuları, hətta limon suyunu belə hazırlamadın və limon suyunu özün sıxmadın. Hazır almaq asandı. Sən hətta noxudu, lobyanı da almadın, onların konservlərini almağı asan bildin.

İnsanlar 4000 illər boyu dişlərini misvaq və s. üsullarla və təbii maddələrlə fırçaladığını unutdun, gedib ağzına 35 bucaqlı sintetik diş fırçası soxdun. O, kifayət etmədi, şəkər və nanə ilə qarışan çamaşır yuyucu vasitənin bir növü olan diş pastası ilə dişlərini fırçaladığını bilirsən və bu zəhərin bir hissəsini udduğunu nəzərə almamısan. Bilmirdin ki, bal və karbonat hətta dişlərin ərpini də təmizləyir, amma həmin pastalarla öz dişlərini çürütdün.

Camaşırxana yuyucu və yumşaldıcısı bədən hərarətiylə dəri tərəfindən sorularaq dəri xərçənginin yaradan ən böyük səbəb olduğuna əhəmiyyət vermədin. Çamaşırlarınızı boraks və karbonat qarışığı ilə yuyub, parça yumşaldıcı əvəzinə alma sirkəsi qoyaraq əla təmizlik ala biləcəyini düşünmədin.

Qab yuyan maşına yuyucu toz və parlaqlıq verən kimyəvi məhlul əlavə etdikdə onu yeyə biləcəyini fərq etmədin. Yuyucu vasitəni karbonat və parlaqlıq üçün sirkə ilə əvəz etməklə həm sağlam, həm də təmiz yeməklərin təmiz olacağına əhəmiyyət vermədin.

Evdə, kostik və zeytun yağını qarışdıraraq qəliblərə tökün və öz təbii sabununu düzəltmək yerinə, hər səhər min kimyəvi zəhəri olan sabunlarla üzünü yudun. Hər gün saçlarını daha yaxşı satılan zəhərli şampunlarla yudun.

Evinizi təmizləmək üçün ərəb sabunu kimi təbii yağlardan istehsal olunan bir sabunun əvəzinə, ağartıcı ilə sildin. Su buxarlandıqca nəfəs alırsan və ağ ciyər xərçəngi qazandın.

Qarışqaları, böcəkləri, milçəkləri limon, karbonat, reyhan, üyüdülmüş acı bibər və s. təbii yollarla evdən uzaqlaşdırdın. Yanlış bir zəhərlə böcəkləri bitirdin, amma o təhlükəli kimyəvi maddələri təmizləsən də, təmizlənməyəcəyini unutdun. Nəfəs alıb, əşyalara toxunmuş əllərinizi ağzına qoyurdun (Səni elə aldadıblar ki, böcək zəhərinin niyə böcək dərmanı adlandırıldığını belə soruşmadın).

Həyatını məhv edən böyük şəhərdə dəm qazından nəfəs alır və avtomobil sürməyə davam etdin.

Rəsmən radioaktiv mobil telefonu ən azı 2 saat qulağına qoyursan. Radioaktiv wi-fi (simsiz şəbəkə) ötürücüsünü evə qoydun və radioaktiv qəbuledici kompüteri qucağından yerə qoymadın.

Həm uşağınızın otağına, həm də öz yataq otağınıza bir gecə işığı qoyub gecələri söndürmədin. Gecə yatarkən immul sisteminin inkişaf etdiyini və orqanizmi xərçəngdən qoruyan melatonin hormonunun gecə qaranlıqlığında istehsal edildiyini heç eşitmədin, bəlkə də eşidib fikir vermədin.

Təbii qidalanmayan heyvanları, tərəvəzi, meyvə və dənli bitkiləri yedin və buna «təbii qidalanma» dedin.

Üzərində «Orqanik» («Təbii») yazılan hər bir yeməyin həqiqətən təbii olduğunu düşündün, daha çox ödədin, ancaq orqanik sayılan bir yeməyin standartları nədir və satın aldığınız orqanik(!) məhsulun həqiqi olub olmadığını düşünmədin.

Yeməkləri şüşə və gil qablarda saxlamaq və bişirmək əvəzinə, poladdan və tanımadığın örtüklərlə örtülmüş qablarda bişirildin. Ən əsası, bütün mətbəxinizə plastik, teflon və alüminium qoydun və bunların cızıldıqca yeməyə qarışdığını, onları da yeməklə birgə yediyini unutdun.

Kanalizasiya və zavod tullantılarını axan dənizin balıqlarını yedin.

Fast foodun hər şeyinin zəhərli olduğunu bar-bar bağırsaq da üç mərtəbəli burgerləri, pizzaları evinə aparırdın.

Evinizə neylon çantalar, neylon paltarlar, sintetik ayaqqabı və terlik aldın. Paltarlar da isə, yalnız pambıq, bambuk lifi, kətan seçmədin.

Sobanı atdın, kondisioner və evə ən yaxşı elektrik qızdırıcısı qoydun.

Torpağa toxunmursan və stresdən gülümsəməyi artıq unutmaqdasan.

Nəticə: Küçədəki hər on nəfərdən üçündə xərçəng var. Sən ya bu üç nəfərdənsən, ya da əlimdən gələn hər şeyi israrla yerinə yetirirsənsə, bir müddətdən sonra dördüncü olacaqsan …

Gəlin, düşünək qardaş, bəs o uşaqların günahı nədir?

Veteran.az

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share