Milli Qəhrəman Rövşən Abdullayevin şəhadət olduğu gündür

Milli Qəhrəmanımız Rövşən Əbdülhüseyn oğlu Abdullayevin şəhadət olduğu gündür!

Rövşən Abdullayev Lerik rayonunda doğulmuşdu. Sonra ailəsiylə birgə Lənkəran şəhərinə köçmüşdülər.

Orta təhsilini Astara bir saylı məktəbdə almışdı,1987-ci ildə Sank-Peterburq Ali Hərbi-Siyasi məktəbə daxil olmuş və 1991-ci ildə oranı bitirmişdi.İlk təyinatı Rostov şəhər DİŞ-nə almışdır.

Rövşən Abdullayev vətənə dönən kimiDİN-nin əməkdaşı olaraq Daxili qoşunların tərkibinə qatılır. Gənc zabit, Rövşən Abdullayev Zəngilana göndərilir.

70 nəfərlik tağıma komandir təyin olunur.Qafan rayonunda düşmənin obyektlərinin məhvində Rövşənin əməyi olmuşdu. 1993-cü il sentyabrın 13-ü Gənc zabitin son döyüşü oldu. Düşmən Zəngilanın Qazançı kəndinə hücum etmişdi. Rövşən döyüş yoldaşları ilə «QAZ-66» markalı maşına əyləşərək oraya yollanır.

Kəndə yaxınlaşarkən düşmənin PDM-i və piyadaları ilə üzləşirlər.Ölüm dirim savaşı başlayır, gənc zabit yoldaşlarına meşəyə çəkilməklərini əmr edir.Özü isə yaralı olsa da döyüşür,yoldaşları onu xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək olmur.

Qəhrəmanın məzarı Lənkəran şəhərindədi, Lənkəranda onun abidəsi qoyulub.

Lerik rayonunda onun adına mədəniyy evi və küçə var.

Leyla Həsənova

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •