19.03.2024

Qaradağ gəlini, yenə Qara geyindi!

İRAN MEŞƏ YANĞININI SÖNDÜRƏ BİLMİR, YOXSA SÖNDÜRMÜR?

İranın Şərqi Azərbaycan vilayətində Qaradağ meşəliklərində yanğınlar günlərdir davam edir.

İranın Meşəliklər, Yaylalar və Su Hövzələri Təkşilatının Mühafizə Qüvvələrinin rəisi polkovnik Əli Abbasnejad İLNA-ya açıqlamasında belə demişdi.

Bildirmişdi ki, yanğının söndürülməsində 100 əməkdaş iştirak edir: «Vilayətin Fövqəladə Hallar üzrə idarəsinin rəhbəri və vali bölgədədir və yanğının söndürülməsi üçün vertolyotun göndərilməsinə çalışırlar. Bir sıra orqanlar qonşu vilayətlərdən vertolyotun göndərilməsi üçün kömək edə bilərlər. Lakin onlara lazımi vəsait ödənilmədiyi üçün kömək etmirlər”.

Lakin yerli əhali verdiyi məlumata görə İranın rəsmiləri bu yanğına etinasız yanaşır. ABŞ-la müharibə iddiasında olan bir dövlət adi meşə yanğını qarşısında aciz qalması acı gülüş doğurur.

Aldığımız məlumata görə, Qaradağ meşələri, bu etinasızlıq ucbatından illərdir talanlanmaqdadır.

Neçə ay öncə Güney Azərbaycandakı meşələrin ağaclarını kəsib fars bölgələrinə daşıyırdılar. İndi isə Qaradağın 300 hektardan artıq meşələrini yandırdılar.

Bu yanğın quyruq doğan ayının (iyul) 29-unda başlayıb 4-5 gün sürdü və söndürməsinə görə də çoxlu önləmsizliklər oldu, belə ki, Təbrizin imam cüməsi olan Məhəmməd Əli Ali-Haşım bu yanğınla bağlı olan aidiyyatlı orqanları və cavabdeh şəxsləri sorğuya çəkib onlardan geç tərpənmələrinə görə açıqlama istəmişdi.

Əlavə edək ki, bu yanğının baş verməsiylə bağlı bir neçə şəxs tutulublar.

Meşəliklər, Yaylalar və Su Hövzələri Təkşilatının Mühafizə Qüvvələrinin rəis müavini olan Həmid Zəhrabi bu mövzu ilə bağlı, «tutulanların bu işdə məqsədləri, əlavə ərazilərə yiyələnmək olub» — demişdi!

Ancaq yenə bu yanının ana nədəni bəlli deyildir və araşdırmaqdadırlar.

Xatırladaq ki, Qaradağ meşəlikləri UNESKO-da biosfer və mühafizə olunan qoruq kimi seçilmişdi.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: