ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Stefan Viskonti, Endryu Şofer və İqor Kovalyev) birgə bəyanat yayıb.

Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları barədə narahat olduqlarını bildirib, Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 10 noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırıblar.

Bəyanatda həmçinin qeyd olunub ki, problemlər danışıqlar yolu ilə həll edilməlidir.

Xatırladaq ki, Rusiya Qrupdakı həmsədrini dəyişib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •