Rus barmağı və hayların Qafqazda «kilsə-kilsə oyunu» — VİDEO

Erməni Apostol Kilsəsinin rəhbəri yepiskop Vazgen Mirzəxanyanın Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə 10 dekabr 2014-cü il tarixli məktubunda Gürcüstanın 442 kilsəsinin erməni kilsəsi olduğu haqqında iddiasıdır. Eçmiədzin kilsəsi bu vaxta qədər Gürcüstanın 5 kilsəsinə iddia edirdisə, indi bu rəqəm dəfələrlə artıb. Üstəlik əsassız iddialar sırasında vaxtilə ermənilər tərəfindən ələ keçirilib adları dəyişdirilmiş, Tbilisidə yerləşən Noraşen və Surb Nşan kilsələri də var. Surb Nşan məbədinin VI Vaxtanqın atası Leonun hakimiyyəti zamanı inşa olunduğu güman edilir. P. İoseliani kilsənin provoslav kilsəsi olduğunu və tarixən Müqəddəs Nikolay adlandırıldığını bildirib. Ermənilər sonradan kilsənin adını dəyişərək Surb Nşan yəni, müqəddəs nişanə qoyublar. Bu kilsənin erməniləşdirilməsinə səbəb 1703-cü ildə onun bərpasını öz öhdəsinə götürən erməni Melik Kiork adlı şəxs olub. Üstəlik, məlumdur ki, Kiorkdan əvvəl atası Aslamaz, ondan da əvvəl babası Amiran tərəfindən onun bərpası icra edilib. 

Lakin Gürcüstan və bizim SOCAR-ın da seçkilərdə yardım göstərdiyi Zurabaşvilinin «fransız» oyunlarını oynayan ermənibaş gürcülərə xatırladım ki, gürcü KİV-ləri 2014-cü ilin 10 dekabrında Gürcüstandakı Erməni Apostol Kilsəsinin rəhbəri Vazgen Mirzəxanyanın baş nazir İrakli Qaribaşviliyə ünvanlanan məxfi məktubunu dərc ediblər. Həmin məktubda erməni din xadimi gürcülərdən nə istəsə yaxşıdır – Gürcüstan ərazisində olan kilsələrin onlara verilməsini. Məktub Gürcüstan hökumətinin dəftərxanasında dekabrın 12-də 42179 nömrəsi ilə qeydiyyata də alınıb. Məktubda belə bir xahiş edilir: fəaliyyətdə olan və olmayan kilsələri, müqəddəs yerləri, onların dağıntılarını, qalıqlarını, eləcə də yerləşdikləri torpaq sahələrini Gürcüstan Erməni Apostol Kilsəsinin mülkiyyətinə vermək. 

Erməni din xadimi öz məktubunda xatırladır ki, beşinci əsrdən başlayaraq Gürcüstan ərazisində Erməni Apostol Kilsəsi fəaliyyət göstərib. Bu müddət ərzində onlar burada məbəd, kilsə və dini ibadətgahlar inşa edib. O, əlavə edib ki, ölkənin möhkəmlənməsində həmin din xadimlərinin böyük rolu olub. Erməni din xadimi daha sonra sovet totalitar rejimini ittiham edərək, onların mülkiyyətini əllərindən aldığını yazıb. Siyahıda nə az, nə çox, düz 492 kilsənin adı keçir. Onların arasında məşhur abidələr, o cümlədən Tbilisidəki Noraşen kilsəsi var. Bununla bağlı dəfələrlə gürcü mütəxəssisləri, alimləri öz fikirlərini bildiriblər. Erməni din xadiminin onlara aid olduğunu bildirdiyi müqəddəs abidələr praktiki olaraq Gürcüstanın bütün yerlərində var.

Gürcü saytları məktubun hansı tarixdə yazıldığına da diqqət ayırıblar. Məktub Ermənistan baş naziri Ovik Abramyanın rəsmi səfərlə Gürcüstana gəldiyi gündə təqdim edilib. Baş nazir səfər zamanı Avlabar vilayətindəki Surd Eçmiədzin kilsəsinə də baş çəkib. Gürcü mətbuatı istisna etmir ki, Abramyanın Qaribaşvili ilə görüşü zamanı kilsələrin ermənilərə verilməsi məsələsi müzakirə edilib. Ən maraqlısı isə odur ki, erməni kilsəsinin iddiaları ilə bağlı xəbərləri gürcülərlə yanaşı, erməni tərəfi də rəsmi qaydada təkzib edib. Lakin xoşbəxtlikdən bu məktubdan və baş nazirin səfərindən üç ay sonra gürcü kütləvi informasiya vasitələri bu sənədi tapıb üzə çıxarmağa müvəffəq olublar. Onların qənaətincə, kilsələrin siyahısı həddən artıq çoxdur. Hətta cəsarətlə onları Azərbaycan və Ermənistan ərazisindəki alban kilsələrinin ələ keçirilməsi ilə eyniləşdirmək də olar. Siyahıya baxdıqda, aydın olur ki, söhbət Gürcüstan ərazisindəki xeyli sayda mülkiyyətdən söhbət gedir. Erməni kilsəsi faktiki olaraq onları Gürcüstanın yurisdiksiyasından çıxarıb Eçmiədzinə tabe etdirmək istəyir…

Hazırda ermənilər paytaxt Tbilisinin mərkəzindəki Leselidze küçəsində yerləşən “Bojiy Materi” kilsəsini, Müqəddəs Nino kilsəsini, Qumburdo kəndində olan X əsrə aid kilsəni, Korxi kəndindəki Müqəddəs Stepan kilsəsini, Aqmaşenebeli prospektindəki kilsəni və onlarla kilsəni istəyirlər. Gürcüstanda fəaliyyət göstərən ermənilər gürcülərin kilsə və monastrlarını heç bir əsas olmadan özününküləşdirməyə çalışırlar. Erməni lobbisinin burada əsas məqsədi bütün vasitələrdən istifadə etməklə gürcü kilsələrini erməni kilsələrinə çevirməkdir. Lakin buna qarşılıq «suyu bulandıraraq» bu xaos milləti gürcüləri Azərbaycana qarşı qaldırmaqla öz çirkin əməllərini həyata keçirmək istəyirlər. 

Xatırladaq ki, ermənilərin iddia etdiyi kilsələrin də böyük əksəriyyəti Türk ölkəsi olan Albaniya memarlıq üslubunda tikilməsi sübut edir ki, elə bu kilsələr də Albaniyanın miraslarıdır. Çünki Qafqazda erməni-hay varlığı rusların işğalından 1 gün də önə dayanması mümkün deyil. Amma biz bu iddia əvəzinə erməni-hay kilsələrinə Gürcüstanda pulsuz qaz verməklə FƏXR etməkdəyik. Yazıqlar olsun!

AVMVİB Mətbuat Xidməti

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •