26.04.2024

AVMVİB Zəngilan rayon şöbəsi Ordu Gününü hərbi hissədə qeyd etdi

22-23 İyun Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin bir qrup üzvü Azərbaycan Ordusunun yaranmasının 101 ili ilə əlaqədar cəbhə bölgəsinə səfər etdi. Səfər çərçivəsində Veteranlar və Qazilər ön səngərdə gənc əsgərlərlə görüşüb söhbətləşib , əsgərlərin vətənpərvər ruhunun artırılmasına öz töhfələrini verdilər.

Tabor komandiri gələn qonaqları əsgərlərə təqdim etdikdən sonra söz AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev ə verildi. Azad Musayev əsgər və zabitləri salamladıqdan sonra qonaqların qısa döyüş yolu barədə məlumat verdi sonra tezliklə Ali Baş Komandanın Əmri ilə torpaqları gənc əsgərlərlə çiyin çiyinə işğaldan azad ediləcəyini soylədi və buna əmin olduğunu bildirdi. Sonra çıxış edən qazilər, İlyas Abdullayev, Sebuhi Huseynov, Süleyman Ələsgərov hər zaman Azərbaycan əsgərinin yanında olduqlarını, müharibə başlayan zaman bu döyüş yükünü öz üzərlərinə götürməyə hazır olduqlarını bildirdilər. Tədbir gənc əsgərlərin ifasında musiqi sədaları altında davam etdi. Apardığımız hədiyyələri Azad Musayev əsgərlərə təqdim etdi.

Tədbirə qatılan veteran, qazilər qonaqlar əsgərlərlə görüşdən xoş təsuratlarla ayrıldılar. Aşağıda adı keçən veteranlar:
1. Musayev Azad Məhəmməd oğlu
2. Abbasov Zakif Abbas oğlu
3. Qarayev Ənvər Mikayıl oğlu
4. Hüseynov Səbuhi Əkbər oğlu
5. Abdullayev İlyas Hüseyn oğlu
6. Əliyev Elşad Ərşad oğlu
7. Babayev Azad Səfər oğlu
8. Musayev Azər Məhəmməd oğlu
9. Həsənləiyev Zülfü Həşim oğlu
10. Cəbrayılov Fizuli Zeynal oğlu
11. Həsənov Yasin Nüşravan oğlu
12. Quliyev Əlisafa Süleyman oğlu
13. Cəfərov Habil Bayram oğlu
14. Rəhimov Yavər Seyfulla oğlu
15. İsmayılov Taryel İsmayıl oğlu
16. Nəsirov Sahib Məhərrəm oğlu
17. Camalov Ramiz Məhərəm oğlu
18. Abdinov Ənvər Famil oğlu
19. Musayev Məhyəddin Məhəmməd oğlu
20. Gülmalıyev Xəyal Hümbət oğlu
21. Quliyev Rahib Allahqulu oğlu
22. Rüstəmov Azər Xudayar oğlu
23. Əbilov Müşfiq Zülfı oğlu
24. Ələsgərov Süleyman Ələsgər oğlu
25. Musalı Rəşad Azad oğlu
26. Həsənəliyev Əkbər Zülfü oğlu

Hərbi hissənin Fəxri Fərmanı ilə təltif olundular.

Hərbi Hissə Komandirinə,komandir müavinlərinə və bütün şəxsi heyətə bizə göstərdikləri diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk.

Sonra AVMVİB üzvləri Göygöl Milli parkını ziyarət etdilər.

Burada Veteranları Göygöl Milli Parkının Elmi işlər, Ekoloji maarifləndirmə və Turizm üzrə direktor müavini Fuad Quliyev qarşıladı. Fuad bəy Veteranlarla səmimi görüşdükdən sonra veteranları milli parkla tanış edib ərazidə olan göllərin yaranması barədə məlumat verdi və hər zaman Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşən insanların məmuniyyətlə Göygöl Milli Parkında qarşılamağa hazır olduğunu bildirdi.

Tədbirdə veteranlara dəstək olan Mehrab qardaşa xüsusi təşəkkürlər.

AVMVİB Zəngilan rayon şöbəsi

AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİ
AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİ
AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİ
AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: