21.11.2024

Ramiz Mehdiyev erməni yalanlarını ifşa edən kitabı çap etdirmir — ŞOK İDDİA

AMEA-nın prezidenti Ramiz Mehdiyevlə bağlı şok iddia üzə çıxıb.

KONKRET.az-ın araşdırmasına görə Ramiz Mehdiyev 1 ildir ki, erməni yalanlarını ifşa edən kitabı çap etdirmir.

AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev öz feysbuk hesabında belə yazıb:

“Bu kitabı (“Qondarma “erməni soyqırımı” ABŞ-Türkiyə münasibətlərində” – red.) keçən il yazmışdım. Çap etməyə pulum olmadı. Baydenin soyqırım sözünü işlətməsinə gələn prosesləri arxiv sənədləri, rəsmi sənədlər və nadir kitablar əsasında təhlil etmişəm. Amma bizdə belə kitabları heç kim oxumur deyə çap etməyə də maraq yoxdur”.

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov da erməni yalanlarının ifşasına qarşı olub. Bir müddət əvvəl ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı söyləmişdi ki, ASALA terror təşkilatının cinayət əməlləri haqqında çap etdirdiyi kitabı Əli Həsənov məhv etdirərək, təqdimat mərasiminə mane olub.

Əli Davudoğlu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: