Elçin Quliyev Prezidentə məruzə etdi — VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Dövlət başçısı işğaldan azad olunmuş ərazilərə səfər zamanı Dövlət Səhər Xidmətinin yeni inşa edilən hərbi hissəsində də olub.
Bu zaman DSX-nin rəisi, general-polkovin Elçin Quliyev Ali Baş Komandana görülən işlərlə bağlı məruz edib. Vətən müharibəsindən də danışan Elçin Quliyev qeyd edib ki, düşmən Horadiz istiqamətində əks-həmlə etdiyi vaxt 2 saat müddətində ermənilərin 14 tankı «Harop»lar vasitəsi ilə məhv edilib. General əlavə edib ki, həmin vaxt düşmən təqriban 10-12 tankı da qoyub qaçıb.