Bayden Ermənistanı daha pis vəziyyətdə qoydu – VİDEO
Uzun illərdir ki, erməni diasporu və lobbisinin böyük pullar sərf edərək siyasi spekulasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma «erməni soyqırımı» ifadəsi ABŞ prezidentləri arasında son 40 ildə ilk dəfə Baydenin dilindən səsləndirildi.
İstər ABŞ administrasiyası, istərsə də konqresdə erməni lobbisinin təsiri və maliyyə asılılığında olan çoxsayılı rəsmilərin olması bizə çoxdan məlumdur. Bu baxımdan 79 yaşlı Baydenin belə bir tarixi səhvə yol verməsi onu seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyi üçün etdiyi bazarlığın nəticəsidir.
Millət vəkili Hikmət Babaoğlu bunun sadəcə Türkiyə əleyhinə istifadə olunan təzyiq vasitəsi olduğunu deyib.(Baku tv)
Daha ətraflı Baku TV-nin süjetində: