08.09.2024

“Erməni soyqırımı” yalanları barədə material — Video

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən «Vətən» Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ingilis dilində qondarma “erməni soyqırımı” yalanlarından bəhs edən videomaterial hazırlanıb.

Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Kanadada yayımlanan «EL TV» telekanalı tərəfindən lentə alınan məlumat xarakterli videomaterialda “erməni soyqırımı” ilə bağlı əsl həqiqətlər öz əksini tapıb.

Videomaterialda soyqırımı yalanlarının bitərəf müəlliflərin dilindən gətirilən faktlarla ifşası, eləcə də ermənilərin türklərə qarşı törətdiyi qırğınlar haqqında ətraflı məlumatlar yer alıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: