Ben Hoces: Əks halda Rusiya Qafqaza girəcək
Almaniya və Fransanın zəifliyi Rusiyanın aqressiyasına gətirib çıxardı. Biz Rusiya tarixindən bilirik ki, məhz zəif mövqe Kremlin aqressiyasını artırır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces deyib.
“Hələlik Moskvanın hansı niyyətlərinin olduğu bəlli deyil. Fakt odur ki, ilin əvvəlindən etibarən ruslar 20-dən çox Ukrayna əsgəri öldürüblər. Aydındır ki, 30 mindən çox Rusiya hərbçisi, o cümlədən aviasiya və donanma Krımın işğalını davam etdirir. Onlar 2014-cü ildən oradadırlar. İndi yarımadaya daha çox hərbçi gəlib.
Bu nümayiş etdirir ki, Kreml AB-nin, ABŞ-ın və Ukraynanın suverenliyinə hörmət etmir. Məhz Almaniya və Fransanın zəifliyi Rusiyanın aqressiyasına gətirib çıxardı”, – deyə o bildirib.
Ben Hoces deyib ki, Qərbin Ukraynada heç nə etmədiyini görəndən sonra Kreml öz təsirini bütün Cənubi Qafqazda yaymağa çalışacaq.
O, bunun üçün Rusiyaya müqavimət göstərilməsi gərəkdiyini söyləyib.