01.07.2025

150 qəbilə PKK-ya qarşı birləşdi — Foto

Türkiyənin terrorçulardan təmizlədiyi Suriyanın Ras əl-Ayn şəhərində 150 qəbilə bir araya toplaşaraq iclas keçirib.

Axar.az xəbər verir ki, min nəfərin iştirak etdiyi toplantıda YPG/PKK-nın bölgədəki sabitliyi pozma səyləri, Bəşər Əsəd rejiminin mülki şəxslərə qarşı artan hücumları və İranın Deyr əz-Zorda tətbiq etdiyi siyasətə qarşı birgə hərəkət etmək barədə qərar verilib.

Qeyd edək ki, sonuncu dəfə qəbilələrin toplantısı 2018-ci ildə keçirilmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: