TƏBRİK: Sadəcə xoşbəxt ol!
Müharibə veteranımız, Birinci Qarabağ savaşının iştirakçılarına daim süfrəsi açıq olan Habil Həsənovun ciyərparası Gülxanım Habil qızı Həsənovanın ad günüdür.
Bütün gözəlliklər sənin olsun! Əlində güllər açsın, amma tikanları əlinə batmasın. İstək və arzulara yetəsən, amma heç biri qəlbini yaralamasın. Qəlbin sevinclərə beşik olsun, amma sevinclərin atanı unutdurmasın.
Kimsələr ataların, nə sevincimi, nə də kədərini bilməz. Bunları, sənin özəl günün üçün döyüşçü atan Habil yazıb. Bəlkə də söhbətlə deyə bilməyəcəklərini, amma qəlbindən keçənləri yazdıq.
Çünki duyğuları sözlə ifadə etmək asan deyil, sanki sözlərimiz bir atanın qızına arzularını ifadə etmək üçün yetərli deyilmiş…
Sadəcə xoşbəxt ol!
Ad günün mübarək, Gülxanım xanım! Bütün gözəlliklər sizin olsun və 100 yaşayın!
Atan — köhnə döyüşçü Habil Həsənovun bu təbriklərinə, veteran Ravid əmi və Pənahovlar ailəsi, Veeran.az kollektivi də qoşulurlar.