19.03.2024

«Döyüş yoldaşımı silkələyəndə gördüm ki, biləyim yoxdur» — VİDEO

Vətən müharibəsinin hər bir qəhrəmanı yadigardır bizə. Yaddaşdır müstəqil Azərbaycanın şərəf tarixinə. Şuşa deyəndə günlərlə gedilən piyada yol, dırmanaraq fəth etdikləri dağlardır xatirinə gələnlər. Unudub itirdiyi gözünü və bir qolunu — Qarabağ qalibiyyəti sarıb yaralarını. Hamısı vətən üçün. Vətənə qurban. Qisməti yaşamaq və şanlı müharibə zəfərini yaşatmaqdır. Xüsusi təyinatlı Rasim Yaxin.

Rasim Yaxin Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin giziridir. O, sentyabrn 27-də vətən müharibəsi başladığı gün döyüşlərə başlayıb.

Rasim Yaxin döyüşçü yoldaşları ilə Şuşa istiqamətində bir neçə yüksəkliyin düşməndən azad olunması istiqamətində uğurlu döyüş əməliyyatında iştirak edib. Gizirimiz 3 gün piyada yol gedərək, dağa dırmaşaraq Şuşaya düşmənin gözləmədiyi ərazidən hücuma keçdiklərini deyir.

Şuşa uğrunda gedən döyüşlərdə Rasim də ağır yaralanıb. O, özünə gəldikdən sonra döyüşçü yoldaşını silkələyib ayıltmaq istəyəndə sol biləyinin olmadığını görüb. Tibbi briqada ona yardım edərək hospitala yerləşdiriblər.

Gizir Rasim Yaxin deyir ki, erməni ordusuna məxsus postlara gizli yollarla girən kimi 7-8 metrlik məsafədən düşməni məhv edirmiş. Vətənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən qazi ailəlidir, iki qız övladı var.

Qeyd edək ki, Rasim Yaxin prezidentin sərəncamı ilə «döyüşdə fərlənməyə» görə medalı ilə də təltif olunub.(BAKU.WS)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: