19.04.2024

Ataların yoluyla gedən qəhrəmanlarımız

Bağırov Elçin Fəhrad oğlu. XTQ- kiçik çavuşu olub.

Dəfələrlə ön cəbhəyə getməsinə icazə verilməsə də razlaşmayıb. İllər sonra o şərəfli yolda atasının atdığı addımların izləri ilə irəli atıldı. Yaralı və şəhid yoldaşlarını təxliyyə etdi.

Axırda öz arzusu taleyinə çevrildi. Demişdi ki, «Mən Mübariz İbrahimov kimi şəhid olub orada qalacağam».

İstəyi yerinə yetdi, nəşi şəhid olandan 80 gün sonra tapıldı. BƏXTƏVƏR ŞƏHİD adlandırdılar. 4 azyaşlı övladı var.

Özünün və həyat yoldaşının atası Xocalı döyüşlərində Şəhid olublar. Eyni həyatı övladları yaşadı. Elçin 2-ci Şəhidlər Xiyabanında Fəxri qaraulun müşaiyyəti ilə dəfn edildi.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: