20.04.2024

Prezident: Niyə heç kim bu barədə məsələ qaldırmır? — Video

Abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Dəfələrlə biz bu məsələni qaldırmışıq. Beynəlxalq kürsülərdən qaldırmışıq. Tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib.

Dəfələrlə o videoları biz göstərirdik. Ağdam məscidi, Şuşa məscidləri, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı bildirib.

«Zəngilan işğaldan azad olunandan sonra Zəngilan rayonunda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən təhqir edib bizim dinimizi. Bütün müsəlmanları təhqir edib.

Burda məscid olub, indi yoxdur, dağıdıblar. İndi bu gün bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs bizim milli, dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmır?”, — Prezident vurğulayıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: