20.05.2024

Şoyqu: «Rusiya sülhməramlıları Dağlıq Qarabağda ciddi hadisəyə icazə vermir»

Bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu danışıb.

Prezident Vladimir Putinin iştirakı ilə departamentin kollegiya iclasında çıxış edən Müdafiə naziri Qarabağda sülhməramlıların gördüyü işlərdən danışıb: “Əməliyyatlar Dağlıq Qarabağ ərazisində uğurla davam etdirilir. Ən qısa müddətdə bir qrup rus əsgəri təyin olunmuş ərazilərə yerləşdirilib və 23 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməyə başlayıb. Bu günə qədər heç bir ciddi hadisə baş verməyib”.

Nazirin sözlərinə görə, Laçın dəhlizi boyunca mülki nəqliyyatın təhlükəsiz hərəkəti açıqdır və qorunur. Bundan əlavə, Rusiya sülhməramlılarının rəhbərliyi altında «hamının hamıya» prinsipi ilə Ermənistan və Azərbaycan arasında hərbi əsir mübadiləsi aparılır. Ölənlərin cəsədlərinin mübadiləsi təşkil edilir. Bundan başqa, Qarabağda, ümumilikdə, 6000-dən çox partlayıcı obyekt zərərsizləşdirilib.

Şoyqu bildirib ki, gələn ilin 1 aprelinə qədər Qarabağda sülhməramlı kontingent üçün 32 modul tipli qəsəbə salınacaq.

FOTO: Qarabağda tikilmiş modul məntəqələr. Amma bu məntəqədən çox rus bazasına oxşayır…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: