27.07.2024

Azərbaycanlı hərbi əsirlərə işgəncə verən ikinci terrorçu hələ də bizim ərazilərdədir

Bu gün sosial şəbəkələrdə ermənilərin 2 hərbçimizi əsir götürməsi barədə yayılan görüntülərin noyabr ayında çəkildiyi məlum olmuşdu.

Hər iki hərbçimiz artıq geri qaytarılıb. Onlardan birinin Nurlan Əlizadə, digərinin isə Nahid Həmidov olduğunu yazmışdıq. Hətta hərbi əsirlərə davranışda Cenevrə konvensiyasını pozan terrorçulardan birinin də ələ keçirildiyini qeyd etmişdik.

Bu gün Azadlıq radiosu erməni redaksiyasının yaydığı kadrlarda əsirlərə işgəncə verən ikinci terrorçunun hələ də bizim ərazilərdə olması görüntülənib və həmçinin erməni qanunsuz hərbi birləşmələri öz qüvvələrini komplektləşdirməklə məşğul olmaları görünür.

Video matrialda deyilənlərə görə, məşhur «Geyik» 7-ci müdafiə bölgəsinin komandirlərindən biri olan baş leytenant Galust Papyan, bir santimetr də geri çəkilmədikləri mövqeni göstərir. Sualdakı məğlubiyyət sözünü eşidəndə əsəbiləşir və bu cür ifadələrlə razılaşmır.

İnamırıq ki, qəhrəman əsgərlərimiz və aidiyyatlı qurumlar bu terrorçu birliyi tezliklə ələ keçirib lazım olduqları «yerlərə» yolçu edəcəklər.

Nurlan Məmmədli

P.S. Hər iki video materialı təqdim edirik:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: