30.10.2024

BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK

I YAZI
Müharibənin barıt tüstüsü çəkilməmiş meydana doluşan yalançı «qəhrəmanlar», bu gün də erməniyə əlaltılıq edən sapı özümüzdən olan baltalar müharibə veteranlarına tez-tez: «Gedib neyləmisiniz?» Bir daha sadə dillə erməni-rus birliyinin 100 illiklər boyu hazırladığı planı izah edirəm. Erməni çətiri altında hücum Kür -Araz Suqovuşanda bitməli və Ələkrəm Hümbətov bu zaman qalxmalıydı. Bu gün Ələkrəm-erməni əlaqələri sizlərə heç nə demirmi? Onunla dost olanların ermənilərin xeyrinə hansı xəyanətlər törətdiyinimi sadalayım? Orasını özünüz də araşdıra bilərsiniz…
BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
Ermənistan dünyaya «milli-azadlıq» kimi sırımaq istədiyi bir bəşəri cinayətdə iştirak etmiş quldurları bu şəkildə təqdim edir:

1. Ermənistan Milli Ordusu- 5000 nəfər- komandir Razmik Vasilyan
2. «Tiqran Mets» hərbi dəstə — 400 nəfər- komandir Armenak Armenakyan
3. «Sasunts David» hərbi dəstə — 500 nəfər komandir Arkadiy Ter-Tadevosyan
4. «Andronik Zoravar» hərbi dəstə — 400 nəfər
5. «Vrijaruner» hərbi dəstə — 200 nəfər
6. «Daşnaksakanner» hərbi dəstə — 200 nəfər- komandir Tatul Krepyan
7. «Xaydat» hərbi dəstə — 200 nəfər
8. «Muş» hərbi dəstə — 300 nəfər
9. «Nork Maraş» hərbi dəstə — 200 nəfər
10. «Sasun» hərbi dəstə — 100 nəfər — komandir Sasun Mikaelyan
11. «Aşot Erkat» hərbi dəstə — 250 nəfər
12. «Malatiya Sebastiya» hərbi dəstə — 200 nəfər — Vaan Zatikyan
13. «Arabo» hərbi dəstə — 200 nəfər — Manvel Eqizaryan, Simon Açıqgözyan
15. «Parapats martikner» hərbi dəstə — 300 nəfər — Qerbert Mkrtçyan
16. «Xrazdinskiy otryad» hərbi dəstə — 200 nəfər — komandir Zarzand Danielyan
17. «Xaçlılar» hərbi dəstə — 100 nəfər — komandir Karo Kaxedjyan
18. «Tseqakron» hərbi dəstə, komandir Akop Xaçaturyan
19. «Sasna tsrer» hərbi dəstə, komandir Ruben Qevorqyan
20. «»Ölüm qrupu» hərbi dəstə — 150 nəfər — komandir gəbərmiş Aleksandr Tamanyanın nəvəsi Aleksandr Tamanyan
21. «Egnikner» hərbi dəstə -400 nəfər — komandir Şagen Megryan (Şaumyan kənd rayonunun raykom katibi)
22. «Osetin dəstəsi» — 36 nəfər — komandir Mirza Abayev
23. «Şuşa» hərbi dəstə, komandir Jirayr Sefilyan
24. «Erkrapa» hərbi dəstə
25. «Nart» hərbi dəstə
26. «Çyernaya pantera» hərbi dəstə, komandir Ruben Eqoyan
27. «Kobra» hərbi dəstə B. Aqasaryan, N. Qulyan
28. Artsiv-maxapartner hərbi dəstə, komandir Vazgen Sarkisyan
29. Aknaliç hərbi dəstə
30. Eçmiadzin hərbi dəstə
31. Hadrut hərbi dəstə
32. Sisyan hərbi dəstə
33. Qafan hərbi dəstə
34. Mardakert hərbi dəstə, komandir Norayr Danielyan
35. Yezdi hərbi dəstə
36. Razmik qrupu — 80 nəfər, komandir Razmik Petrosyan…


Adları çəkilən bütün qrupların Qarabağın işğalında iştirak etdiyi rəsmi şəkildə təsdiq olunur. Qarabağ ermənilərinin milli müqəddəratını dünyanın erməni terorçuları istəyirmiş Yerli ermənilər dəfələrlə İrəvandan gələnlərin qorxusu altında yaşadıqlarını bildirmişdilər. Sadəcə burada siyahıdan kənar qüvvələr var. Məqsəd anneksiyada rus varlığını gizləməkdir. Bilinən xəbərlərdə hələ Sovet dövrü Rus hərbi bazalarına Ermənistanda 130, Xankəndində isə 164 dəfə basqın edilmişdi. Bu hücumların rus hərbçilərlə danışılıb həyata keçirilməsini heç bir nəfərin də hücuma görə cəzalandırılmaması və əks tərəflərin itki verməməsi təsdiq edir. Hər bir basqında quldurlar silah apara biliblər. Heç bir əsaslandırılmamış şərti bəyan etmədən M. Qorbaçov hakimiyyətə gələn kimi 1985-ci ildə Şəmkirdəki 366-cı motoatıcı alay Dağlıq Qarabağa dislokasiya edilir. Əslində o dövr Zaqafqaziya hərbi dairəsində rəhbərlikdə ermənilərin sayı artmışdı. Gələcək planları üçün bu addımı atdıqları indi aydın görünməkdədir.


Lakin bu indiki araşdırmamıza aid mövzu olmadığı üçün gələcəkdə bu barədə məlumatları dərc edəcəyik.


Ermənilərin verdikləri məlumatlara görə bu çaqqal sürüsü Qarabağ uğrunda döyüş aparmaq qabiliyyətində olmadığı ilk baxışda görünür. Bəs Qarabağı kimlər işğal etdi?
BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
1. 366-cı polkun bazasında yaradılmış Stepanakert batolyonu şəxsi heyətin 70 faizi rus-sovet hərbçilərindən ibarətdir. Siyahı Xocalı genosidiylə bağlı sənədlərdə var.

2. Fransa və ABŞ -dan yığılmış legion — 400 nəfər, xərclərini D, Mitteran ödəyirdi.

3. Livanın Vekaa vadisindən olan ərəb və erməni terror qruplaşmasının ASALA hərbi birləşməsi. Monte Melkonyanın başını axtaranlar Vekaa vadisindən buraya onlarla Abo kimilərinin gəldiyini araşdırsın. ASALA RM rəhbəri olan gey Monteyə heykəl ucaldan ermənilər, əslində terrorçu bir hərəkatla iş birliyində olduqlarını bəyan ediblər Biz isə istifadə edə bilmirik. Qarabağın azadlığı Vekaa terrorçularına gərək idimi?…
BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
4. Kazak batalyonu — 600 nəfər, Əskəranda yerləşdirilmişdi. Bunu erməni-rus kazak birliyinin sədri Mais Mirzoyan təşkil etmişdi.

5. Ermənistanda yerləşən 7-ci ordu hərbi bölüyü. Fakt kimi hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu, Əfqanıstanda xidmət etmiş, «Basmaç» ləqəbli türkmən Qurbanmurad Nefesovu göstərə bilərik. Məzarı erməni köpəkləri məzarlığı olan Erablurdadır. 7-ci ordu, Xocalı faciəsinin ertəsi günü 27 fevraldan başlayaraq silah daşımağa başladılar. Hərbi vertoliyotların müşaiyyətiylə Mİ-28 yük vertolyotları Xankənd istiqamətinə gündə 7-8 reys edirdi.
BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
3 mart 1992 -ci ildə yükdən yüksəkliyə qalxa bilməyən Mİ -28 vertalyotunun pərini avtomatla atəşə tutdum və o biri müşayətçilər tüstülənən vertalyotu Xatınbəyli kəndinin səmasında qoyub qaçdılar. Hətta vertalyotun tüstüləndiyini görən bizim sarı rəngli vertalyot geri Ağdama qayıtdığını da gördüm. Havada vertalyot çox çalışsa da istiqamət götürə bilmədi və şərqə Xramord dağına tərəf istiqamətləndi. Bu qəzanın vaxtı məqsədli şəkildə dəyişdirilib. Erməni və rus mənbələri bu tarixdə Şaumyandan uçan vertalyotun vurulmasını sənədləşdiriblər. Bu barədə geniş məqalə hazırlanır.


BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
6. Pskov HDQ tam heyətlə 2000 nəfər, 1992- ci il may ayında Şimali Qafqazda və bütün Rusiyada keçmiş HDQ -də xidmət etmişlər orduya döyüş əmriylə çağırılıblar. Bu faktı rus- sovet telejurnalisti, sənədli filmlər rejissoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Aleksandr Nevzorov öz müsahibəsində təsdiqləyib. Üstəlik, Qarabağda və Ermənistanda bu çağrışçılara aid rus qəbirləri yüzlərcədir. Rusiyada onların hələ də yolunu gözləyənlər var. Digər fakt iusə Baş Güneypəyə müdafiə dəstələri Dağdağanlı dərədə məhv etdikləri 28 nəfərdən yalnız ikisi erməni, qalanları isə Dağ Piyada rotasında xidmətdə olan ruslar olmasını indi də yaşayan əsgərlərimiz təsdiqləyə bilərlər. Öldürülmüş rusların sənədləri 12 mart 1992-ci ildə Ağdamda qərargaha verilib. Xatırladım ki, öldürülən iki ermənidən biri də Krasnodar sakini imiş.

BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK

Qarabağı bunlar və bizim içimizdə dezinformasiya yaymağı bacaran erməni şəbəkəsi və iyrənc vücudlarıyla erməniyə satılan bir para şərəfsizlər aldı…
II yazıda işğalda rus varlığının çılpaq detallarını təqdim edəcəyəm…

X. Ədəboğlu

BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: