21.11.2024

Veteran qadınlar vitse-prezidentə minnətdarlıqlarını bildirdilər

Xatırladaq ki, Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.n Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas saytımıza verdiyi açıqlamada deyib: «Şəhid ailəsinə mənzil hədiyyə etdiyi üçün Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi üzvü olan müharibə veteranı qadınlarınin adından təşəkkür edirəm. Bizlər bunu Qarabağın Ermənistan işğalından azad edilməsinə diqqət və qayğı olaraq qiymətləndirdik. Bu cür addımlar hər kəsə örnək olmalıdır və bu cür xeyirxah əməllə dəyərli Mehriban xanım hər kəsin dərin rəğbətini qazanıb. Bir daha bütün döyüşçülər adından öz minnətdarlığımızı biildiririk.»

Bir daha xatırladaq ki, Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.

Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar almışdı.

Müəllif: Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: