21.11.2024

F. Rzaquliyev: «Düşmən savaş istəyirsə, onu da alacaq»…

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın Füzuli və Cəbrayıl bölgəsinə qanunsuz səfərinə münasibət bildirib. Fedai.az-a açıqlama verən AVMVİB sədri F. Rzaquliyev deyib: «Bu qotur ermənilərin əzəli torpaqlarımızda bizə meydan oxumalarına son qoymağın vaxtı gəlib çatıb. Vanetsyan Dağlıq Qarabağda sensasion bəyanatla çıxış edərək Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini söyləyib. Artur Vanetsyan Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bildirib ki, torpaqların Azərbaycana qaytarılacağı haqda deyilənlər «spekulyasiyadır”. Vanetsyan işğal rejimi ilə Araz çayı boyu ərazilərin məskunlaşdırılması proqramını müzakirə edib. Burada «Araksavan” adlı yaşayış məntəqəsinin salınması, orada kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması, Araz boyu ərazilərin məskunlaşdırılması təhlükəsizliyin əsas təminatlarından biridir. Artur Vanetsyan bildirib ki, «ayrı-ayrı adamların guya torpaqların qaytarılacağı, bu haqda danışıqların aparılacağı haqda bəyanatlarını bu məskunlaşdırma proqramı təkzib edir. Biz bununla erməni xalqına və dünyaya aydın mesaj veririk ki, heç kim bir qarış da olsun torpaq qaytarmayacaq. Əksinə, bizim ərazilərimizdə həmvətənlərimiz qurub yaradacaq, yaşayacaq.

Bu sözləri Ermənistan xüsusi xidmət orqanı rəhbərinin səsləndirməsi, «Sorosun məxməri uşaqlarının» erməni xislətinə sadiq saxta «demokratiya oyunbazlığı»nın bütün çılpaqlığı ilə ortaya qoyulmasıdır. Rusiya və İranın qucağında oturub Qərbə özünü demokratik cəmiyyət kimi sırıyan bu adamlar unutmasınlar ki, biz döyüşçülər onların xislətini yaxşı bilirik. Dünya da artıq erməni saxtakarlığından bezməkdədir. Bu gün döyüşçülər adından bildirirəm ki, biz Ordumuz və silahımız olmayanda Erməni məkrli oyununda maraqlı olan 4 imperiya ilə savaşaraq onları Kürədək ərazi işğalı planlarını poza bildik və bu gün Ali Baş Komandan cənab İlham Əliyevin verəcəyi əmrlə orduya ehtiyac duymadan əzəli torpaqlarımız olan Zəngəzuru və Göycəni də bu nacins millətin tapdağından azad edəcəyimizə inanıram. AVMVİB düşməni silahla və müharibə yoluyla, gəldikləri kimi də qovmağın tərəfdarıdır və inanırıq ki, 2019-cu il bu arzumuz həyata keçəcək. Çünki düşmənin tək anladığı dil müharibədir. Ermənistan rəhbərliyində təmsil olunan bir erməni o qədər qudurub kiBMT qətnamələrinin qadağan etdiyi «məskunlaşma, tikinti aparılması» kimi müddəaları da saymırlar. Bu bəyanatlar üzrə iş görməliyik. Xarici İşlər nairliyinin bu sahədəki fəaliyyəti qənaətbəxş deyil. Biz sənədlər üzrə İrtəvan iddiamızı ortaya qoymalıyıq. Zəngəzuru erməniyə peşkəş edən SSRİ dağılıb və onun qərarları qüvvədən düşüb. Konkret xalqı istiqamətləndirmək lazımdır ki, bu məsələni ABŞ Dövlət Departamentinin və BMT-nin gündəliyinə salınması üçün petisiyalar toplansın. Təcili Roma Konvensiyasına üzv olaraq Xocalı soyqırımını törətmiş erməni -rus qatillərini Haaqa tribunalına təqdim etməliyik. Cenevrə Konvensiyasına uyğun olaraq talan edilmiş mülkü şəxslərin əmlakları üzrə müraciətləri toplum halında yönləndirməliyik. Düşmənə qarşı savaş qaçılmazdır. Biz də anlayırıq ki, qarşımızda həyasız və məkrli bir düşmən var. Amma bu işləri silahla deyil sivil qaydada etmək bizim borcumuzdur. Biz nəyi gözləyirik?

Çoxları bizi müharibə tərəfdarı olmaqda qınayırlar. Düşmən siyasi-diplomatik dildə anlamır. Rusiyanın və daxildəki satqınların əliylə əldə etdikləri bu döyüş üstünlüyünü eyforiyasında öz beyinsiz erməni xalqlarını inandırıblar ki, artıq hər şey həll olunub. Amma ermənilər gec-tez anlamalıdırlar ki, Azərbaycan öz ərazilərində istədiyi an Antiterror əməliyyatlarına başlaya bilər. Düşmən savaş istəyirsə, onu da alacaq. Bunun üçün bütün imkanlarımız boşboğaz düşmənin imkanlarından üstündür. İstənilən resursumuz, ordumuzun peşəkarlığı və döyüş qabiliyyəti də onlardan üstündür. Savaş istəyirləyirlərsə onu da biz onlara verəcəyik».

AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, erməni tərəf bu cür bəyanatlarla öz xalqlarını manipulyasiya etməklə yanaşı Azərbaycan cəmiyyətində də çaşqınlıq yaratmağa çalışırlar. Qoy bilsinlər ki, biz öz Ali Baş Komandanımıza inanır və onun komandanlığı altında bütün torpaqlarımızı azad edəcəyik. Buna öz adım kimi əminəm və içimizdə və xaricdə ermənilərə əlaltılıq edənlər bilsinlər ki, artıq gözümüz onların üzərindədir.



Müəllif: Elnur SƏLİM

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: