29.03.2024

Çin Rusiya tankını “vurdu”: İki dövlət üz-üzə…

Çinin Rusiya istehsalı olan T-14 Armata tankını “vurması” iki ölkə arasıdna gərginliyə səbəb olub.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, T-14 Armata tankının Çin istehsalı olan VT-4 tankı ilə müqayisəsini aparan Çinin hərbi mütəxəssisləri, rus tankının bütün parametrlər üzrə VT-4 tankından geridə qaldığını bildirib. Çinli ekspertlərin qənaətincə, istər çevik manevr qabiliyyəti, istər atəş dəqiqliyi, istərsə də digər texniki xüsusiyyətlərinə görə VT-4 tankları T-14 Armata tankından xeyli dərəcədə üstündür.

Çinin rus hərbi sənayesinin fəxri hesab edilə biləcək Armata tankları ilə bağlı məlum dəyərləndirməsi Rusiyanın narazılığına səbəb olub. Rus mütəxəssisləri hesab edir ki, VT-4 və T-14 Armata tankları arasında müqayisənin yalnız çin mütəxəssislərinin iştirakı ilə dəyərləndirilməsi doğru deyil və məsələyə birtərəfli şəkildə qiymət verilməsi deməkdir.

Çinin məqsədli şəkildə rus tankları ilə bağlı mənfi rəy yaratmağa çalışdığına diqqət çəkən Rusiya, bu addımın silah satışı rəqabətində Çinin rus hərbi sənaye məhsullarını gözdən salmaq cəhdi kimi qiymətləndirib. Rusiya tərəfi hesab edir ki, silah satışı bazarında üstünlüyə nail olmaq üçün bu cür vasitələrdən istifadə qeyri-etikdir və peşəkarlıqla bir araya sığmır.

Seymur ƏLİYEV

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: