“17 milyon işsizə görə ÇİN məsuliyyət daşıyır”- ABŞ hökuməti koronavirusun qisasını almağa hazırlaşır

ABŞ koronavirus pandemiyasına görə Çini cəzalandırmaq niyyətindədir.
Bu bəyanatla məşhur amerikalı senator Lindsi Qrehem çıxış edib. Senatorun çıxışı Washington Examiner nəşrində dərc edilib.
“Biz senat olaraq Trampı günahlandırmırıq, biz Çini günahlandırırıq. 16 min amerikalının ölümünə görə və 17 milyon işsiz adama görə Çin məsuliyyət daşıyır,”-senator bəyan edib.
Qrehem koronavirus infeksiyasının yayılmasının başlıca səbəbkarının Çin hökuməti olduğunu bildirib.