Putinlə görüşən baş həkim koronavirusa yoluxdu

Moskvanın 40 nömrəli Kliniki Şəhər Xəstəxanasının baş həkimi Denis Proçenko koronavirusa yoluxub.
Veteran.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə həkim Feysbuk səhifəsində yazıb.
O, səhhətinin normal olduğunu bildirib.
Qeyd edək ki, baş həkim ötən həftə klinikanı ziyarət edən Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü.
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: