22.11.2024

AVMVİB SƏDRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ



Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev çox minlik veteranlar adından ölkə başçısına müraciət edib. Müraciətdə deyilir: «Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev!


Möhtərəm Ali Baş Komandan!


Bu gün koronavirusun yayıldığı ölkələrin sayının, xəstəliyin şiddətinin və cəmiyyətə təsirinin pandemiya səviyyəsinə çatması bütün dünya ictimaiyyətini bu infeksiya ilə mübarizə üçün ayağa qaldırıb.


Sizin rəhbərliyinizlə infeksiyanın Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində çox böyük surətlə lazımi və təqdirə layiq tədbirlər həyata keçirilməkdədir. Bizi cəsarətə və inamlı olmağa çağıran mesajlarınız, pandemiyanın qarşısının alınması məqsədiylə ayırdığınız vəsaitlər, təşəbbüsünüzlə könüllü toplanan ianələr hər kəsə örnək olacaq əsil vətəndaşlıq nümunəsidir. Biz bu təşəbbüsləri dəstəkləyir və alqışlayırıq. Həmçinin Sizin təşkilatçılıq məharətiniz sayəsində inanırıq ki, ölkəmiz bu pandemiyadan az itki ilə çıxacaqdır.


Zati-aliləri! Möhtərəm Prezident!


Biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri bilirik ki, artıq pandemiya halını almış koronavirusun hədəfi bütövlüklə cəmiyyətin hər bir üzvüdür. Ona görə də cəmiyyətin bütün resursları koronavirusa qarşı səfərbər edilməlidir. Bu mənada ölkənin ictimai-siyasi həyatında Sizin sadiq əsgərləriniz olaraq fəal olduğumuz kimi, bu ilin könüllülər ili olmasını nəzərə alaraq bu işdə də səfərbər olub hər sahədə kömək etməyə, öz tövhəmizi verməyə hazırıq. Sizin dediyiniz kimi, «Biz birlikdə güclüyük». Bu hər bir vətəndaşın bu sözlər hər kəısin devizinə çevrilməlidir!


Dərin hörmət və ehtiramla, AVMVİB-nin Sədri Füzuli Rzaquliyev»



Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: