29.03.2024

AVMVİB üzvü veteran jurnalist təltif edildi

AVMVİB üzvü, həm qələmiylə və həm də silahıyla Qarabağ savaşında iştirak etmiş Rəhman Quluzadə xatirə medalı ilə təltif edildi.

AVMVİB sədri Füzuli Rzaquliyev veteran jurnalist R. Quluzadəni təbrik edərək onun Atəşkəs dövründə də müharibənin dəqiq işıqlandırılmasında, veteranların ictimaiyyətə təqdim edilməsində xüsusi xidmətləri olmasını dilə gətirdi. O, müharibə veteranına doğma Qarabağımızdan reportajlar hazırlayacağı günləri arzuladı.

AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynov da veteran jurnalist Rəhman Quluzadəni təbrik edərək ona bu müqəddəs işdə uğurlar dilədi.

Veteran jurnalistimiz bu diqqət üçün AVMVİB Rəhbərliyinə və bu işdə əməyi oanlara öz minnətdarlığını bildirdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: