21.11.2024

AVMVİB və onun rayon şöbələri 20 yanvarla bağlı silsilə tədbirlərdə iştirak etmişlər

BAKI. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

AVMVİB Rəhbərliyi və Bakı şəhər veteranları şöbəlıri, məcburi köçkün rayon şöbələri ənənəvi olaraq Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xüsusi müxbirimiz Azər Bayramovun verdiyi məlumata görə, Şəhid məzarlarını ziyarət edən veteranlar şəhid məzarlarına tər qərənfillər qoyublar.

***
MİNGƏÇEVİR. AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun verdiyi xəbərə görə, şəhər şöbəsinin üzvü olan müharibə veteranları və şöbə rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarına tər qərənfillər qoymuşlar.

***
AĞDAŞ. AVMVİB Ağdaş rayon şöbəsi rəhbərliyi və şöbə üzvləri rayon ictimaiyyəti ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər. Saytımızın bölgə müxbiri Habil Cəfərovun verdiyi xəbərə görə, müharibə veteranları şəhidlərin məzarlarına tər qərənfillər qoydular.

***
SUMQAYIT. AVMVİB Sumqayıt şəhər şöbəsi rəhbərliyi və şəhər veteranları şəhər ictimaiyyətiylə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəhid məzarlarına tər qərənfillər qoyulub.

***
BİLƏSUVAR. AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi xəbərə görə, rayon veteranları rayon ictimaiyyəti ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmiş və şəhid məzarlarına tər qərənfillər qoymuşlar.

***
AVMVİB-nin digər rayon şöbələri də anım tədbirlərində iştirak etmişlər.

Müəllif: Elnur SƏLİM

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: