Ad gününü şəhid məzarı üstdə qeyd edən Qazi
Müsahibimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, Milli Ordumuzun və veteranları öz ətrafında birləşdirən AVMVİB-nin yaradıcılarından olan Füzuli Rzaquliyevdir.
AVMVİB sədri Füzuli Rzaquliyev ad günüü ənənəvi olaraq eyni gündə doğulmuş komandiri şəhid Süleyman Əhmədovun məzarını yad etməklə başlayır…
— 2019-cu il arxada qaldı. Qarabağsız daha bir ilin hesabatını versəydiniz nələri sadalayardınız?
— İlkin olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 25 yaşının tamam olmasından və bu günü təşkilat olaraq yetkin bir şəkildə qeyd etdiyimizdən başlayardım. 2019-cu il AVMVİB üçün düşərli il sayıla bilər. 64 minlik təşkilat, az vaxtda 66.500 nəfərdən artıq bir təşkilata çevrildi. Bu ölkənin ən iri ictimai birliyidir. Bizimlə olmaq istəyənlərin sayı günbəgün artır. Müharibə veteranları birgə döyüşdükləri döyüş dostları ilə birgə olmağı üstün tuturlar. Bu dövrdə rayon şöbələri tərəfindən gənclərin vətənpərvər ruhda böyümələrinə hədəflənən çoxsaylı maarifləndirici görüşlər, sosial və humanitar layihələr həyata keçirilb. AVMVİB-nin təşəbbüsü ilə onlarla tədbir keçirilib. Bir neçə şöbənin fəaliyyəti bərpa edilib. Təşkilatın mətbu orqanlarının fəaliyyəti bərpa olunub. Qeyri ictimai təşkilatlarla sıx əlaqələr qurulub. Yüzlərlə döyüşçünün pozulmuş hüquqları, veteran statusunun alınmasıyla bağlı hüquqi yardımlar edilib. Birliyin Xatirə medallarını təsis edərək əsil döyüşçülərə çatdırmağa nail olmuşuq və bütün bu işləri, Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrand layihəsi və Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun hərbi hissələrdə görüşlərin təşkilatçılığı istisna olmaqla, öz veteranlarımızın imkanları hesabına etmişik. Bundan sonra da davam etdirmək niyyətindəyik. Çünki Qarabağı və şəhidlərimizi unutmağa qoymamalıyıq. Şəhid unudulanda ölür və Qarabağ bu millət üçün bir şəhiddir.
— Mətbu orqan olaraq yerlərdən hələ də veteranlara pis münasibət bəsləyən məmurlar haqqında məlumatlar gəlməkdədir. Deyəsən hələ də bəzi məmurlar Dövlət başçısının apardığı islahatlardan xəbərsizdirlər?
— Biz zaman-zaman məmur özbaşınalığı ilə mübarizə aparmışıq. Bəzən elə məmurla üzləşmişik ki, onun bu xalqa dəxli olmadığını və əmrləri başqa yerlərdən almalarını düşünməyə vadar olmuşuq. Amma biz yaxşıların çox olduğunu deyə bilərik. Çünki pislərə qarşı mübarizə gedir və biz bu mübarizədə ölkə prezidentini dəstəkləyirik. Rayon İcra Hakimiyyəti başçıları var ki, bizə zəng edirlər, bəs sizin şöbələr fəaliyyət göstərmirlər. Elə başçılar da var, zəng edirlər ki, sizin şöbə niyə bunca fəaldırlar? Hələ də bu adamlar anlamırlar ki, biz öz vəsaitimiz və vəsaitsizliyimiz hesabına onlara tapşırılmış işləri görürük. Onların çoxu özlərinə yaxın birini əlil və ya veteran edib bu adla da qazanc əldə etməyə çalışırlar. Ağstafa, Yevlax göz önündədir.. Hətta belə nazirliklər də var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfərlər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır. Bundan ruhlanan müharibə veteranları daim ordunun yanında olmağa çalışır. Bu yolda bizə yardımçı olan Respublika Hərbi Prokroru general leytenant Xanlar Vəliyevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general leytenant Arzu Rəhimova və yardımçı olan vətənpərvər insanlara öz minnətdarlığımızı bildiririk.
2020-ci ildə «Gəlirik Qarabağ qarşıla bizi!» devizli tədbirlərə start vermişik. Artıq iki möhtəşəm tədbirə Xocavənd və Ağcabədi rayon şöbələri imza atıblar. Hərbi hissədə şəxsi heyətlə görüşən veteranlarımız bununla hr an ordumuzla birgə olacaqlarını onlara çatdırırlar.
Veterana pis münasibət bəsləyən kim olursa olsun, bilin ki, bizdən deyil. Çünki Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilməsinə nail olub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Xüsusən Ağdam rayonunda məcburi köçkünlərlə görüşdə söylədiyi bu sözlər: «müharibə veteranlarına çox böyük diqqət göstərməlidirlər» hər bir məmur üçün deyilib və bu göstərişə qarşı çıxanlara ad vermək çətindir.
— AVMVİB-nin Sabunçu, Biləsuvar, Siyəzən, Bərdə və s. rayonlarında veteranlara qarşı bir diskrimasiya siyasəti olduğunu deyə bilərik. Dəfələrlə yazılsa da, reaksiya verilmir. Sabunçu rayon İH başçısını veteranların narazılığı əsasında «Veteranların düşməni» elan etdik. Həmçinin digər adı çəkilən rayonlarda da vəziyyət ürək açan deyil…
— Müharibəni hər kəs pisləyir. Amma müharibə iştirakçılarına bütün dünyada ehtiram göstərilir. Bir çox ölkələrdə bu psixoloji durumla bağlıdır. Bəzi düşmən dəyirmanına su tökənlər, düşmən qabağına az qla silahsız çıxmış Vətən oğullarınl məğlub kimi təqdim etməyə cəhd edirlər. Amma unutmasınlar ki, 5 imperiyaya qarşı arxadan belə naqislərin vurmasına baxmayaraq savaşdıq. Düşmənin ilk hədəfi Kür-Araz birləşdiyi Suqovuşanda hücumu dayandırmaq idi. A. Kozırev və P. Qraçev tərəfindən Yevlaxı və Gəncəni işğal etmək üçün hazırlann planın adı İNOBİS olub. Bu barədə dəfələrlə yaılıb və sizin də bu plan barədə verdiyiniz məlumatlar çox qiymətlidir. Sadəcə bizi məğlub elan etməklə xalqı məğlubiyyətə alışdırmaq bir düşmən sifarişidir.
Məğlubiyyət bitməmiş döyüşdə olmur. Bu müharibə gec-tez antiterror əməliyyatları kimi başlayacaq. Çünki erməniləri tanıyanlar yaxşı bilirlər ki, onların anlayacağı tək şey mərmidir. Allah bu yolu əlimizdən almasın.
Bütün savaşlardan sonra belə problemlər ortaya çıxır. ABŞ Vyetnamda apardığı savaşdan ağır bir məğlubiyyətlə çıxmışdı və geri dönən müharibə veteranlarını amerikalılar az qla tüpürcəklə qarşıladılar. İllərcə bütün hərbçilərə mənfi münasibət bəsləndi. Sonradan Amerikan cəmiyyətində anladılar ki, bu təbliğat yanlışlıq üzərində qurulub. Əsgərin heç bir günahı yoxdur. O, sadəcə əmrləri yerinə yetirib.
80-ci illərdə hərbçilərə münasibət dəyişdi. Hərbçilər istənilən istiqamətə birinci klas yerlərdə uçurlar. Uçuş öncəsi gözləmə üçün bütün hava limanlarında hərbçilər və onların ailələrinə ayrılmış xüsusi otaqlar mövcuddur. Təyyarədən düşərkən birinci onların düşməsinə şərait yaradılır. Bütün marketlərdə və şirkətlərdə onlar üçün güzəştlər mövcuddur. Bütün bunlara sadə bir yolla nail oldular. Ordunu cəmiyyətə sabitliyin qarantı kimi təqdim etdilər. Bunca sadə bir yolu qoyub döyüşçülərimizi və hərbçilərimizi pisləyənlərə qoy oxucular ad versin.
ABŞ-da bu siyasət günbəgün dərinləşdirilir. Bu yaxınlarda Rusiyanın Maarif naziri Olqa Vasiliyeva adlı birinin qeydlərini haradansa oxumuşdum. O, açıqlamasında ABŞ-ın hərbi -vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini bildirərək demişdi: «Bütün siniflər Vaşinqtondakı Vyetnam müharibəsində həlak olan əsgər və zabitlərə həsr olunmuş Momerialı ziyarət etməlidirlər. Hər ştatda yaşayan məktəblilərə Vyetnamda həlak olanlar haqqında məlumatlar verilir. Bir neçə il öncə mən də oranı ziyarət etdim. Bir xarici vətəndaşla momeriala enərkən astadan danışdığımızı görən 13-14 yaşlı bir uşaq, avtomatik olaraq barmağını dodağı üstdə qoyub susmağımızı məsləhət bildi…
…Yəqin ki, mən ölkəmdə Əbədi Məşəl abidəsi önündə bu cür hərəkət edən bir uşağa rast gəlməyəcəyəm». Baxın ABŞ haradan haraya gəlmiş? Amma biuzim məktəblərdə və yaxud da hərbi hissələrdə keçirdiyimmiz görüşlərdən belə narahat olanların qayəsi aydın oldumu?
— Hazırda parlament seçkilərinə hazırlıq gedir. Namizədliyi qeydə alınmış namizədlər arasında hələlik 1 nəfər müharibə veteranı var. Niyə düşmən ölkədən fərqli olaraq bizdə parlamentə veteranların yolu bağlıdır? YAP kimi möhtəşəm bir patiyanın siyahısında niyə müharibə veteranlı yoxdur?
— Mən elə düşünmürəm. Bizim təşkilat ictimai təşkilatdır. Fərdi qaydada kim istəsə namizədliyini verə bilər. YAP-a gəlincə isə Səyavuş Novruzov, Elman Məmmədov veterandırlar. Hər halda parlamentdə döyüşçülərin olması parlamentin gücünü artırar və düşmənə qarşı aparılan informasiya savaşında əlavə dvidendlər verə bilər.
— Qarabağın işğaldan azad edilməsi hər bir veteranın 1 saylı arzusudur. Bunu görməkdəyik. Qarabağ niyə azad edilmir?
— Bu çətin sual oldu. İstəyənlərdən biri də mən. Hər Qarabağı görmədən sıralarımızı tərk edən döyüşçünü biz nakam sayırıq. Bu gün ən başlıcası qüdrətli bir ordumuzun olması bu işin öhdəsindən gələcəyimizin ilkin şərtidir. Biz həyasız və illərcə bu iş üçün böyük imperiyalar tərəfindən hazırlanmış məkrli bir düşmənlə üzbəüz qoyulmuşuq. Onlar bu döyüşdə qarət, saxtakarlıq, şantaj və quldurluqdan qeyri işlə mşğul olmayıblar. Rusiya birlikləri aşkar şəkildə torpaqlarımızı işğal edib. Burada İranın da, Fransanın da xüsusi rolları olub. Aərbaycan bu savaş meydanında tək buraxılmışdı. İmperialistlər lokal bir münaqişəni regional savaşa çevirdilər. Biz buna hazır deyildiuk. Hazırda ATƏT Minsk Qrupunun təxminən mövqeyi belədir: «Sülh yolu ilə münaqişənin həlli yoxdur və heç müharibə yolu ilə də həll edilə bilməz». Bu qeyri müəyyənlik içində olan bir təşkilat bizim problemimizimi həll edəcək? Bəziləri deyir ki, «Qarabağın açarı Moskvanın əlindədir». Bu absurddur. Helsinski sazişi və AB sənədlərində sərhədlərin dəyişdirilməyəcəyi faktı yetərlidir.Ruslar da güllədən ölürlər. Yetərincə bu meydanda cəsədləri qalıb. Bu dəfə Rusiya anaları buna dözməzlər.
Hazırda danışıqlar tam məzmunsuz bir məcraya yönəlib. Bu artıq vaxt öldürməyə bənzəyir. Ölkənin Ali Baş Komandanı cənab İlham Əliyevin «Qarabağ Azərbaycanındır!» kimi mövqeyi ölkənin qırmızı xətti elan edilməlidir. Ermənilər yaxşı bilirlər ki, Azərbaycan Ordusu antiterror əməliyyatlara başlasa, onun qarşısında bir həftədən artıq duruş gətirə bilməyəcəklər. Azərbaycan Ordusu ilə fəxr etməyə dəyər. Məmməd Əmin Rəsulzadə öz xatirələrinin birində legionerlərlə görüş zamanı bir legionerin dediyi sözləri xatırlatmışdı: «Bir millət öz azadlığını yalnız mübarizədə qazanar… 1918-ci ildə Azərbaycan xalqı bizim kmi hərbi təlim görmüş kadrlara malik olsaydı, şübhəsiz, məmləkətimizin tarixi tamam başqa cür inkişaf edəcəkdi»…
Ordumuzun müasir texoloji təchizatının daim ölkə rəhbərinin diqqətində olmasını xüsusi qiymətləndirmək lazımdır.
Sadəcə siyasi danışıqlarda bir «Vyetnam sindromu» yaşanır. Xatırlayırsınızsa, diplomatik iflasın yaşandığı Vyetnam bu cür fiaskolar üçün kifayət qədər rəmzi nümunə sayıla bilər. 1960 və 1970-ci illərin əvvəli uzun illər boyu ABŞ və Rusiyanın Vyetnamda apardığı proksi-müharibə nəhəng siyasi və diplomatik səylər hesabına başa çatdırılmışdı. Bu ağır tarix ona görə başa çatdı ki, qürurla bağlı bütün ehtiyatlara baxmayaraq, müharibənin sonlandırılmasına istiqamətlənmiş dəqiq siyasi iradə mövcud idi.
Sonralar iki ölkə yeni növ Vyetnam sindorumu — əhəmiyyətli problemlərin həlli üçün iradə gücü olmadığı təqdirdə onları həll etmək bacarığının yoxluğunu — yaşadılar.
Həmsədr ölkələrin çox güman ki, heç birinin bu sahədə siyasi strategiyası yoxdur. Taktiki baxımdan da heç bir fəaliyyət göstərmirlər. Onların addımlarını daha çox psixologiya terminləri olan «aksiya – reaksiya» kimi şərh etmək olar. Kimsə nəsə edib və ya deyib, əks tərəf “ona uyğun olaraq” və ya “simmetrik” şəkildə reaksiya verir, vəsalam. Öncə bunlardan can qurtarmalıyıq.
— Bu gün ad gününüzdür. Öncə bütün döyüşçülər adından təbrik edirik. Sizə Qarabağda azad edilmiş bir bölgədə bir durna gözlü bulaq başında bu günü keçirməyinizi arzu edirik. 100 yaşayın və bütün gözəlliklər sizin olsun!
— Təbriklərə görə sağ olun. Ənənəvi olaraq döyüş yoldaşım və komandirim olmuş şəhid Süleymanovun məzarını döyüşçü dostlarımızla yad edəcəyik. Çünki onunla eyni gündə anadan olmuşuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin və döyüşçü qardaşlarımıza can sağlığı versin! Bircə istək və amalımız var: Qarabağın azadlığı. Bütün xalqımıza bu günün sevincini yaşamağı arzu edirəm.
E. Səlim
AVMVİB Mətbuat Xidməti