«Məxməri» fahişəliyin vətəni Ermənistan — I yazı
«Erməni inqilabı çox şey dəyişdi, seks sənayesindən başqa»…
Müasir dünyada fahişəliyə qarşı münasibət müxtəlifdir. Çində belələri edam edilsə də, Avstraliyada və ya Hollandiyada sevgi «kahinlərinə» təqaüd ödənilir. Ermənistanda isə bu mövzunu yaymamağa üstünlük verilir — xalq özünü qədim sayır, lakin ən qədim peşə burada yüksək hörmətə malik deyil. Ancaq erməni sex sənayesinə bu mane olmur, hətta özlərinə məxsus qayda və adətlərinə uyğun bir şəkildə inkişaf etməkdədir. Hökumətin siyasi yönümündən asılı olmayaraq bu sahə inkişafdadır. Erməni seksinin xüsusiyyətlərini «Lenta.ru» pul hesabına araşdıra bilib.
Ermənistanda fahişəlik qanunla qadağan edilir. Ancaq postsovet məkanının bir çox ölkələrində olduğu kimi, bunun üçün yalnız inzibati məsuliyyət nəzərdə tutulur. Ermənistanda sübut edilmiş bir fakt (həbs qəti-imkan tədbiri) üçün 50 dollardan az bir cərimə var, əgər bir il ərzində ikinci dəfə tutulursa, bu məbləğ iki dəfə çoxalır.
Sanksiyalar çox yüngüldür və vəziyyətə təsir etmir. Ermənistanda «qız» tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Sosial şəbəkələr doludur, masaj salonları və saunalar doludur, fahişəxanalar doludur, həm də küçələrdə dayanırlar. Facebooka girib «masaj» sözünü erməni dilində yazsanız, masajla heç bir əlaqəsi olmayan inanılmaz sayda profil tapa bilərsiniz.
Ermənistanın bu sahəsində də vəziyyət maraqlıdır, qadağaya baxmayaraq, heç kim fahişəliyə qarşı mübarizə aparmır. Hər kəs hər şeyi bilir, amma bu vəziyyət hər kəsi təmin edir. Buna görə könlü istəyən hər kəs axşam saatlarında «xoş tanışlıq və canlı təəssürat» qazanmaq üçün Yerevanda Baqramyan prospektinə gedə bilər. Səhər saatlarında isə buraya millət vəkilləri qanunvericilik fəaliyyəti ilə məşğul olmaq üçün erməni parlamentinin binasına gəlirlər. Sutka ərzində fahişələrin və parlamentarilərin bir-birini əvəzləməsi ənənəsi uzun illərdir ki, davam edir və artıq yerli folklorun bir hissəsi olmuşdur.
«Ən yaxşı müştərilər Avropadan gələn turistlərdir»
Alina (qız özünü belə tanıtdı) 30 yaşındaydı, o, əsl yaşını deməkdən imtina etdi. O, xoş görünüşlü erməni qadın idi. Qara saçlı, nazik barmaqları, mütənasib üz cizgiləri vardı. Solğun dərisi gözlərinin altında qırışlar əmələ gətirmişdi. Cümə axşamı, günortadan sonra təxminən saat iki olardı, Yeni il burnumuzun ucunda idi. Biz İrəvanın qapalı kafelərindən birində oturduq və həyat haqqında danışmağa başladıq. Əsasən də onun həyatından danışdıq. Alina bir neçə ildir ki, burada fahişə kimi işləyir və onun müntəzəm müştərilərindən birinin tövsiyəsi ilə bizimlə görüşmək üçün razılığa gəlib. Alina öz həyatından razıdır.
— «Nə demək lazımdır» -deyə qız, özü üçün qeyri-adi bir vəziyyətdə düşüncələrini açıq şəkildə toplamağa çalışır.
— Mən adi bir İrəvan qızıyam. Mən panelə getməyi heç vaxt arzu etməmişdim. Hər kəs kimi məktəbə getdim, universitetə girdim, planlarım vardı. Bəzi oğlanlarla, 14 fevral günü sevgililər kimi yoldaşlıq vardı, hər şey bir şəkildə uşaqlıq idi. Sonra bir gənc yaşlıya aşiq oldum, amma evli idi. Mən ikinci kursdaydım və ondan hamilə qaldım. Və o, mənə dedi ki, əgər özümü onun ailəsinə soxuşdursam, onda mənim soyuq cəsədim bir xəndəkdə tapılacaq. Mən risk etmədim.
Alina daha sonra anası ilə yaşadı, atası yox idi. O, hər şeyi açıb deməyə cəsarət etmədi, həm də abort etməkdən qorxurdu. Nəticədə, o, ölkənin şimalında universitet təcrübəsi üçün getdiyi barədə yalan uydurub, özü də bir yoldaşıyla kirayəyə götürdüyü mənzilə köçdü. Sonrası klassik bir hekayədir. Alina yaşamaq üçün pul qazanmaq məcburiyyətində qaldı, oxumağa isə vaxt yox idi, universitetdən qovuldu.
— Kuaför kurslarına getdim, axşam barda garson işlədim. Anamın ilk aylarda kömək etdi, ancaq evli bir adamdan hamilə olduğumu anladı, nəhayət valideyn evindən ayrılmaq məcburiyyətində qaldım. Doğuşa görə heç bir məzuniyyət vermədilər. Bir neçə həftə sonra işə çıxdım.
Alinanın ilk müştərisi bir bar ziyarətçisi olub. Adam qıza birmənalı göstəriş verdi və düşünmədən, ona 100 dollar qiymət qoyub. Öncə aylıq əmək haqqının yarısını aldım. Həmsöhbətimizin bioqrafiyasında növbəti maddə üzə çıxdı:
— Sonra bir şey dəhşətli görünməyə başladı, amma heç bir çıxış yolu yox idi. İndi də geri baxdığımda elə görünür… Mənim üçün bu sadəcə yalnız bir işdir. Əlbəttə dünyanın ən yaxşı işi olmasa da, ən pisi də deyil. Ən xoşagəlməz anı qohumlarımın bu barədə eşitmələri oldu. Biri xəbər vermişdi. Mən nəhayət bütün əlaqələrdən imtina etməli və bu «dənizdə» sərbəst üzməli idim.
Son zamanlaradək, Alina küçəyə çıxmaqdan əl çəkib, indi də müştərilər Facebookda onu tapırlar. Daha sonra deyir: «Siz küçədə durduğunuzda kimin yanına gedəcəyinizi və haraya gedəcəyinizi bilmirsiniz, lakin burada müştəriyə əvvəlcədən baxmaq olur, bəzi detalları müzakirə edə bilərsiniz və namizəd bir şeyə uyğun gəlmirsə, əlaqəni kəsə bilərsən. Əlavə olaraq, sosial şəbəkə vasitəsilə işləmək cədvəl tutmağı asanlaşdırmağa imkan verir — müştərinin vaxtını təyin etmə zamanı, artıq kiçik sinifdə oxuyan qızım ilə otururuq, bu da, polislə xoşagəlməz görüşlərdən sığortalanmağa kömək edir.
— Vaxt olub ki, «mentlər» məni tutub. Amma orada heç bir şey etmirlər. Bir qayda olaraq bir saat saxlayıb sərbəst buraxırlar. Şanslısınızsa, rəisə elə oradaca xidmət göstər, yarım saata səni buraxsınlar. Sadəcə polislə birlikdə olanda, o gün işləmirsən. Orada keçmək üçün bəzi testlər təklif edirlər, amma heç kim onları keçmir, hər kəs imtina edir. Bəli, qoy bu da plansız bir bayram olsun. Xoşagəlməz olsa da, ümumiyyətlə qorxulu deyil. Amma Facebookda, heç kim sizin arxanızca gəlməyəcək, heç qışda özünü üşütmək də lazım deyil və belə daha yaxşıdır. Daha əvvəl bunu etmək məcburiyyətindəydik.
Alinanın 1 saatlıq qiyməti — klassik seks üçün 50 dollardır. Əlavə ödənişlə əlavə xidmətlər də var. Gecə 300 dollara başa gəlir. Normal bir iş günü iki, bəzən də üç çağırış olur.
— Ən yaxşı müştərilər Avropadan gələn turistlərdir. Səliqəli, təmkinli, nəzakətli. Lakin onlar azdır. Ən azı, mən onlarla nadir hallarda qarşılaşıram. Mənim əsas kontingentim — yerli arvadbazlardır. Onların az problemləri var, onlar sakit olur və adətən kifayət qədər pulları var. Onlar şifrələnirlər, bu da bu vəziyyətdə bir üstünlükdür. Subayları olur, lakin az saydadırlar. Amma mən gənclərlə yaxınlıq etmirəm, onların çoxu havalıdır, onlarla problemsiz ötüşmək olmur.
Əvvəlcə Alina açıq-aydın utanırdı, amma söhbət etdikcə bir qədər açılışdı. O, daim üçüncü şəxslərin mövzuları ilə diqqəti çəkdi, Yeni il haqqında danışdı, hava, qızının fotoşəkillərini göstərdi, qəhvə içdi və gülümsədi. Bu günlərdəki narahatlığı Şaxta Baba idi: qadın, uşağa bir sürpriz etmək istəsə də, ancaq uyğun bir çağrışa gələnŞaxta Baba tapmamışdı. «Bəziləri heç bənzəmir» — deyərək şikayətləndi.
Ermənistanda minimum əmək haqqı 110 ABŞ dolları, vergi sonrası orta əmək haqqı 230 ABŞ dollarıdır. Alina ipoteka alıb və 4-5 il ərzində onu bağlamağı planlaşdırır.
«Qorumalı bir şey yoxdur»
Çox güman ki, Alina planını həyata keçirə biləcək. Polis əslində fahişəliyə qarşı mübarizə etmir, hərdən vəzifə borcunu yerinə yetirmək üçün basqın təşkil edir. Eyni zamanda, adının gizli qalması şərtiylə danışmağa razılıq verən erməni polisinin kapitanı bildirdi ki, köhnə SSRİ-nin bəzi ölkələrində olduğu kimi, həmkarları fahişələrə «krışalıq» etmirlər. Kriminal bu sahəyə daxil ola bilmir, burada məsələ daha ciddidir.
— Burada təhdid edilənləri, bir şeydən qorxuları olduqda onları qoruyuruq. Ermənistanda fahişələrin qorxmağının səbəbi nədir? Onları təhdid edən ən pis iş, bəzi yeniyetmələr onunla əlaqəyə girsələr və onun haqqını ödəmirlərsə, onları qoruyuruq» deyə kapitan bildirir.
— Qorumalı bir şey yoxdur, qorunmaq üçün də heç kim yoxdur. Ermənistan sakit bir ölkədir, heç kim onları təhdid etməz. Bundan əlavə, hələ bir pul məsələsi olur. Mərkəzi küçədə İrəvan qızı 30 dollar alır, yaşıl parkda on dollar qazanırlar — «krışa» olub nə edəcəksiniz? Bir cinayət ünsürü də olsa, cinayət işi açmaq üçün çinli adam özünü niyə riskə atmalıdır? Nə pul var, nə də şöhrət yoxdur.
Alina eyni şeyi deyir: «onun müştərilərindən biri polis məmurudur. Əlavə olaraq, polis, İrəvandakı saunaların nadir qonaqları deyil, bura tipik bir fahişəxanadır. Sauna İrəvanın mərkəzində yerləşir və axşam saatlarında açılır. Məhəllə evlərinə yaxındır.
(Foto: Aleksandr Zelikov / TASS)
Dərhal giriş qapısının arxasında oturma otağı yarı zəif işıqlandırılmış yarı oval otaqdır. Soyuq havaya baxmayaraq içəri istidir, hətta havasızdır. Uzaq duvarda bir qonaq otağı var, arxasında qonaqları yarı çılpaq bir administrator qız qəbul edir. O, 45 yaşlı kimi görünür, çox məşğuldur və o, danışmağa halı yoxdur. Yan tərəfdə dörd kürsüdən ibarət bir sıra var, divarda bir elan vurulub: «Siqaret qadağandır». Qaranlıq bir dəhliz otağa doğru uzanır. Bir yerdə, qapıları hər dəfə açır və bağlayırlar.
«Bəli, onlar sənin haqqında danışdılar»- masanın arxasında olan qadın, mənim adımı eşidir. — Bir şey çəkməyəcəksən? İstəsəniz, o zaman qapı açıqdır…
Onun əlində bəzi sənədlər, hesablar, pul var, sütunun üstündə kassa aparatı qoyulub. Heç bir foto və video çəkilməyəcəyinə əmin olandan sonra, o, mənimlə maraqlandı, amma cavabı dinləmirdi — mobil telefonuna zəng gəlir. İki telefonu var.
Telefonda söhbət edərkən, üç gəncdən ibarət bir qrup, saunaya girdilər. Bunlar iki oğlan, bir qız idi, 25 yaşlarında olardılar, zarafat edib, gülürlər, əylənirlər, alkoqol içirlər. Bu gənc administrator qızla söhbət etdi və açarı aldı. Onların köhnədən tanış olmaları bilinirdi.
Bu dəstə dəhlizin dərinliklərinə qayıtdılar, bu dəfə onları oturma otağında oturan arıq, qara saçlı, makiyajlanmış qız müşaiyət etdi.
«Mən onun kim olduğunu bilmirəm,» — Hasmik mənim sükutuma son verdi. Hasmik, administratorun adıdır.
— O, yalnız oturur. Yaxşı bir qurumumuz var, sauna, otaqları icarəyə veririk. İşdə bilet bürosu, siqaret satışı, spirt, hər şey üçün bir icazə var, lisenziya almışıq. Sizə nə süzüm, otaq lazımdırmı?
Hasmiki həqiqətən mənim səfərim barədə etibarlı bir adam xəbərdarlıq etmişdi. Amma hələ də ehtiyatlı tərpənir və əvvəlcə standart mantra verir: «Mən dedim demədim, qız mənim deyil». Prinsipcə, haqlıdır: o sadəcə yer və daha çox şey kirayə verir. Buradakı qızlar rəsmi olaraq bununla əlaqəli deyillər. Bir müştəri bir quruma gələ bilər, bir qızla tanış olub «bara gedər» və xidmətlərdən istifadə edə bilər.
Hasmik qızlardan pul almır. «Nə mən, burada stünyor-zadam, sənin fikrincə, nə danışırsan?» — deyə qəzəbli görünsə də, amma gülür. O, muzdlu işçidir, içki, siqaret satır, açarları verir və qonaqlar otaq icarə götürdüyü zamanları qeyd edir. Burada bir saat 12 min dram, ya da təxminən 25 dollardır. Və qızlar … müştəriləri cəlb edən əlavə bonus sayılır.
— Bayramlarda, az adam olur. Elə olur ki, gəlhagəl düşür … Səbəbini bilmirəm, insanların fərqli şeylər düşünürlər. Burda yazda hər kəs göldə bu işi görərlər və yay aylarında hər kəs lütlənir. İndi çox deyil, özünüz görürsünüz»-deyib, bir sigaret yandırdı.
Həqiqətən, bir saatlıq söhbətimizdə (Hasmikin mobil telefonlarına gələn çağırışlara uyğun) 5-6 müştəri gəldi. Bu müddətdə kafedə oturan qız birdən yox oldu.
Ümumiyyətlə, bu stullar hər kəs tərəfindən tərk edilsə də, o gün orada oturan bir şişman adam vardı, baş verənlərə tamamilə biganə idi və bütün günü telefonla əlləşirdi. Göründüyü kimi, bu yerli «təhlükəsizlik» xidmətinin işçisiydi.
Müsahib müştərilər haqqında istəksizcə danışır, ümumi ifadələr işlədirdi. Tez-tez kollektiv gəlirlər. Bəzən içki içmək, söhbət etmək və işlərini qurmaq üçün tanış olduqları yerə gəlirlər, lakin belə müştərilər nadir hallarda olurlar. Burada az adam özləri haqqında danışılmasını istəyir. Polisin də bura gəlməsi barədə birbaşa suala Hasmik cavab verir: «Onlar da gəlirlər, niyə glməsinlər? Onlar insan deyil, yoxsa? Onlar da nəvaziş axtarırlar.»
(Ardı var)
Mənbə: Элен Бабаян (Ереван), специально для «Ленты.ру»