01.05.2026

AVMVİB Naxçıvan MR təşkilatı Culfa rayonunda şəhid Raqib Quliyevin məzarını ziyarət edib

01 may 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının üzvləri Culfa rayonunun Boyəhməd kəndində Şəhid Quliyev Raqib Telman oğlunun məzarını ziyarət ediblər.

Ziyarət zamanı təşkilatın sədri Rövşən İsmayılxanlı çıxış edərək şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb və onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu bildirib.
Allah rəhmət etsin!

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: