Şəhid Abbaslı Munis Həbibdulla oğlunun adına tədbir keçirildi
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə dastan yazaraq, canından keçib şəhidlik zirvəsinə ucalan nur üzlü şəhidimiz Abbaslı Munis Həbibdulla oğlunun adına Beyləqan Rayon Gənclər Mərkəzində tədbir keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, Qazilərlə İşin Təşkili Şöbəsinin sədri Heybət Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, qazilər, veteranlar, şagirdlər və müəllimlər iştirak etdilər.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoydular. Tədbirdə şəhidin döyüş yolu haqqında məlumat verildi.
AVMVİB-in Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verərək bildirib ki, daim şəhid ailələrinin yanında olacaq və onlara mənəvi dəstək göstərəcəklər.
AVMVİB QARABAĞ BÖLGƏ MÜXBİRİ ELÇİN QƏDİROV
.jpg)


.jpg)