17.04.2026

Maştağada şəhid Nurməmmədov Nizami Nadir oğlunun anım günü qeyd olunub

16 aprel 2026-cı il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhid Nurməmmədov Nizami Nadir oğlunun anım günü münasibətilə məzarı ziyarət olunub.

Anım mərasimində şəhidin ailə üzvləri, digər şəhid ailələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayonu Maştağa qəsəbəsi üzrə üzvləri, eləcə də Maştağa qəsəbəsinin qaziləri və veteranları iştirak ediblər.

Ziyarət zamanı Qarabağ döyüşçüsü Kərbəlayi Ağahüseyn tərəfindən şəhidin məzarı üzərində Qurani-Kərim ayələri oxunub, dualar edilib.

Tədbirdə çıxış edən AVMVİB-in Maştağa qəsəbəsi üzrə sədri təşkilatın rəhbəri Füzuli müəllimin, onun müavini Vahid müəllimin və AVMVİB-in Sabunçu rayon sədri Həsən müəllimin adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, şəhidlərin xatirəsinin daim uca tutulduğunu vurğulayıb.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-04-16-at-11-52-38-(1)

Whats-App-Image-2026-04-16-at-11-52-38-(2)

Whats-App-Image-2026-04-16-at-11-52-39

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: