Şəhid Məmmədov Zəbiyulla Şahin oğlunun mövludu qeyd edildi
14.04.2026 cı il tarixində şəhidimiz Məmmədov Zəbiyulla Şahin oğlunun mövludu münasibəti ilə xatirəsi əziz tutularaq məzarı ziyarət olunmuşdur. Ziyarətdə şəhidin ailəsi, şəhid ailələri, Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının rəhbərliyi və ictimaiyyət nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayonu Maştağa qəsəbəsi üzrə üzvləri və kənd sakinləri iştirak etmişdirlər. Şəhidin məzarı üzərində quran ayələri oxunmuş və şəhidin döyüşdə göstərdiyi qəhrəmanlığı haqqında çıxış edilmişdir. Şəhidimizin cənnətdəki ad günü mübarək olsun!

.jpg)