10.04.2026

Şəhid Eldarov Kərim Ağarəhim oğlunun xatirəsi yad edilib

1993-cü ildə şəhid olmuş Eldarov Kərim Ağarəhim oğlunun xatirəsinə həsr olunmuş tədbir çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayonu Maştağa şöbəsinin sədri Mustafa Mustafayev, onun müavini Oktay Əliyev, Maştağa qəsəbəsinin qaziləri və veteranları, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir zamanı Seyid Əkbər məscidinin axundu Hacı Hüseyn tərəfindən şəhidlərin ruhuna Qurani-Kərim ayələri oxunub, dualar edilib.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: