Füzuli Rzaquliyev: «15 sentyabr – Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, 15 sentyabr tarixinin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, bu günü həm hərbi, həm də tarixi zəfər olaraq qiymətləndirərək, Azərbaycan-Türkiyə qardaşlığının simvolu, xalqımızın müstəqilliyi və azadlıq mübarizəsinin rəmzi hesab etmişdir. AVMVİB sədri Ulu Öndər Heydər Əliyevin «İki dövlət bir millət» fikrinin tarixinin nə qədər qədim oludğunu, ikiq ardaş xalqın bir-birinə olan sıx münasibətlərinin və ortaq məqsədlərinin əsrlər boyu mövcud olduğunu qeyd etmişdir. Füzuli Rzaquliyev, xüsusilə 15 sentyabr tarixində bu qardaşlığın təcəssümünü bir daha hiss etdiyimizi, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni daşnaklarından azad etməklə, yalnız bir şəhəri deyil, həm də iki xalqın qardaşlıq və birliyinin möhkəmləndirildiyini vurğulamışdır.
O, həmçinin bildirib ki, bu qələbə sadəcə hərbi bir zəfər deyildi; bu, Türk və Azərbaycan xalqlarının müstəqil və azad yaşamaq uğrunda döyüşlərinin, həmçinin qarşılıqlı dəstək və həmrəyliklərinin rəmzi idi. 15 sentyabrın Azərbaycan xalqı üçün yalnız hərbi bir zəfər deyil, həm də milli birlik və qardaşlıq günüdür.
F.Rzaquliyev, bu günün həm də Heydər Əliyevin ideyalarının və prinsipial yanaşmalarının təcəssümü olduğunu qeyd etmişdir. O, Ulu Öndərin «İki dövlət bir millət» kəlamını əsas götürərək, bu əlamətdar günün Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməlini qoyduğunu bir daha vurğulamışdır. Onun sözlərinə görə, 15 sentyabr zəfəri yalnız bir xalqın müstəqilliyinin qazanılması deyil, həm də iki qardaş xalqın birgə mübarizə və qarşılıqlı dəstək prinsiplərinin əhəmiyyətini bir daha göstərmişdir.
AVMVİB-in Mətbuat xidməti
