Qarabağ – könlün səsi, tarixin nidası

“Könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan…” Bu misralar təkcə bir şairin duyğusu deyil, bütöv bir millətin yaddaşında döyünən həsrətin, iztirabın və ümidin səsidir. Bu səs — axşamüstü Xanın səsi kimi — zamanın dərinliklərindən süzülüb gəlir, Qarabağın şikəstəsi ilə səsləşir. O səs ki, minlərlə şəhidin, minlərlə anaların göz yaşının, minlərlə qazinin yarasının səsinə çevrilmişdir. Bir zamanlar məkrlə, xəyanətlə, xain niyyətlə torpaqlarımıza soxulan erməni daşnakları və onların arxasında duran rus şovinist qüvvələri 23 iyul 1993-cü ildə Ağdam kimi qədim və mədəniyyət beşiyi olan şəhərimizi işğal etdilər. Bu, təkcə torpaq itkisi deyildi – bu, vicdanın, ədalətin və insanlığın sınavı idi. Bizlər — Azərbaycan türkləri — heç zaman düşmənçiliyi öz yolumuz bilməmişik. Çünki biz bilirik ki, düşmən cəsur insandan, mərd millətdən qorxar. Lakin tarix göstərdi ki, Ermənistan və onun havadarları sadəcə qorxaqlığın, hiyləgərliyin və xainliyin adını dəyişərək «siyasət» qoyublar. Biz isə bu adları çoxdan tanımışıq. Dahi Puşkinin “Onlar oğrudur, nadandır, yalancıdır — ermənidir” deyə söylədiyi sözlər yalnız düşmənin deyil, həm də onun mahiyyətini tanıyan vicdanlı ruhun hayqırtısıdır. Bu gün isə zaman dəyişib, tarix təkarlanmayacaq qədər möhkəm iradə ilə yazılır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və bütöv Azərbaycanda böyük quruculuq, dirçəliş və sülh salnaməsi yazılır. Biz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, 1994-cü ildən bu günədək yalnız torpaq uğrunda döyüşmədik – həm də vətən uğrunda yaşadıq, qurduq, bir olduq.
Birliyimizin sədri, hörmətli Füzuli Rzaquliyevin rəhbərliyi ilə 93 min nəfər vətən fədaisi bu gün də dövlətimizin, ordumuzun və ali ideallarımızın yanındadır. Biz Zəngəzur yolundan “Qızıl Almaya” doğru böyük bir yürüşə hazırıq. Çünki bu yol, yalnız coğrafi deyil — bu yol, qürur yoludur, şəhidlərin ruhuna hörmət yoludur, tarixin ədalətini bərpa etmək yoludur. Neftçala rayon şöbəsi olaraq, bizlər də bu müqəddəs ideyanın daşıyıcılarıyıq. Qarabağın Fatehi, Ali Baş Komandan İlham Əliyev və təşkilatımızın sədri Füzuli Rzaquliyev ilə birgə “Qızıl Almaya” doğru irəliləməyə and içmişik. Çünki bu yol, şəhid qanı ilə sulanıb və bu yolun sonu Türk millətinin haqq və bərabərlik taxtına aparır. Bütün Azərbaycan qazilərini, şəhid ailələrini, ruhu vətənlə döyünən hər bir vətəndaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin bayrağı altında birləşməyə, birlikdə bu müqəddəs yolu addımlamağa dəvət edirəm. Bu, təkcə yol deyil — bu, missiyadır. Bu, tarixə yazılan əhdimizdir. Yaşasın Azərbaycan! Yaşasın Türk milləti və bütöv Turan! Bütün dünyada haqq, ədalət və sülh bərqərar olsun!
Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbə sədri,
«Veteran.az» qəzetinin Şirvan-Salyan regional yazarı