AVMVİB Neftçala rayon şöbəsində tədbir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsinin üzvləri aprelin 13-də — Xeyriyyə Günü tədbirindən öncə şəhidlərimizin məzarlarını ziyarət ediblər.
AVMVİB-in Neftçala rayon şöbəsinin sədri xeyriyyə işinin başa çatması münasibətilə üzvləri təbrik edib və bu cür xeyriyyə tədbirlərinin davamlı olmasını arzulayıb.
Xeyriyyə tədbirinin başa çatması münasibətilə AVMVİB-in üzvləri süfrə arxasında bir araya gələrək bu günü qeyd ediblər.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsinin sədr müavini Mübariz Eldar oğlu, eləcə də şöbənin digər üzvləri iştirak ediblər.
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran az” qəzetinin Şirvan-Salyan regional muxbiri

