AVMVİB Neftçala rayon şöbəsi ona təşəkkür etdi

Bu gün Neftçala Rayon İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Miriyev Mehti Miryaqub oğlunun doğum günüdür.
Mehti müəllim Neftçala rayonunda sayılıb secilən, yüksək mədəniyyət sahibi olmaqla yanaşı rəhbərlik etdiyi MKTİB-in tərkibində 10-dan artıq müharbə veteranı və bir o qədərdə şəhid ailəsini işə götürərək Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi kursunun layiqli davamçılarındandır.
Elə bu səbəbdən də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi Mehti müəllimi ad günü münasibəti ilə təbrik etdi. Muharibə veteranlarına və Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi adından TƏŞƏKKÜRNAMƏ ilə təltif olundu.
Sonda xatirə şəkli çəkildi.
Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran az” qəzetinin Şirvan-Salyan regional muxbiri

