Nərimanov batalyonunun 25 yaşı tamam oldu
31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Nərimanov batalyonunun 25-illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti ilə AVMVİB Nərimanov rayon şöbəsi birgə tədbir keçirib.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nərimanov rayon təşkilatının sədri Qurban Osmanov Nərimanov batalyonunun yaranma tarixini xatırladıb, qəhrəmanların tanıdılmasında veteranlar tərəfindən aparılan işlər barədə məlumat verib. Nərimanov batalyonunun keçdiyi döyüş yolundan danışıb.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova öz çıxışında bildirib ki, Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olan şəxslərlə fəxr edirik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Raquliyev çıxış edərək Nərimanov rayon İcra Hakimiyyəti rəhbərliyinə bu tədbiri təşkil etdiklərinə və müharibə veteranlarına daim diqqət göstərdiklərinə görə öz minnətdarlığını bildirib. Nərimanov batalyonunun keçmiş döyüşçülərini 25 illik münasibətiylə təbrik edib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nərimanov rayon təşkilatının fəal üzvləri və fəxri üzvləri Ordunun yaranmasının 100 illiyi ilə əlaqədər təsis olunan «Milli Ordu-100» medalı və «Müharibə veteranı» medalı ilə təltif olunublar.
Tədbir bayram şənliyi ilə davam etdirilib.
Hazırladı: Nurlan MƏMMƏDLİ
Xəbərə aid digər fotolar