10 dekabr — Dardan yuxarı döyüşləri
10 dekabr 1992- ci ildə Zəgilan rayonunun erməni işğalçıları tərəfindən işğalın başlanğıcı. Erməni-rus birləşmələri rayonun 12 strateji əhəmiyyətli kəndini işğal etdi (Seyidlər, Qazançı, Ağkənd, Şərikan, Aşağı Gəyli, yuxarı Gəyli, Canbar, Nəcəflər, Yusiflər, Pirveys, Bürünlü, Şayıflı qəsəbəsi). Hücumun qarşısını alan Azərbaycan ordusu erməni-rus işğalçılarını Şayıflı qəsəbəsindən geri otuzdurdu. Bu döyüşlərdə Milli ordunun 20 əsgəri və 13 mülkü şəxs həlak oldu.
1992-ci il 10 dekabr şəhidləri.
1.Rüstəmov Adil Əmrah o. -Zəngilan şəhər (Hərbiçi)
- Qurbanov Elman Nüşrəvan o. -Genlik kəndi (Hərbiçi)
- Zeynalov Cəmil Sərdar o. -Ağalı kəndi (Hərbiçi)
- Əsgərov Seymur əsgər o. -Məlikli kəndi (Hərbiçi)
- Qasımov Həsən Mirağa o. -Şayıflı kəndi
- Abbasov Telman Vəli o. -Gəyəli kəndi
- Cəfərov Sabir Vəli o. -Zəngilan şəhər (Hərbiçi)
- Məmmədov Pənah Məmməd o. -Zəngilan şəhər (Hərbiçi)
- Hüseynova Könül Imamqulu q. -Q.Müşlan kəndi
- Məmmədova Teyfə Canməmməd q.-Şərikan kəndi
11.Qədimquliyeva Səkinə Malik q. -Bürünlü kəndi - Abbasov Nüsrət Eyvaz o. -Gəyəli kəndi
- Nəsirova Nabat -Gəyəli kəndi
- Abbasov Vəli -Gəyəli kəndi
- Ismayılov Ismayıl -Bürünlü kəndi
- Məmmədov Musa -Şərikan kəndi
- Ələkbərov Müseyib Abbas o. -Şayıflı kəndi
- Rzayev Veyis Yusif o. -O.Yeməzli kəndi (Hərbiçi)
- Babayev Saleh Valeh o. -Dərə Gilətağ kəndi (Hərbiçi)
- Qurbanov Təbiət -Qazax rayonu-polis əməkdaşı (Polis kapitanı)
- Səfiyarov Ağa Allahyar o. -Şərikan kəndi
- Məmmədov Zülfüqar -Bürünlü kəndi
- Qurbanov İlyas Məmmədqulu oğlu — Yuxarı yeməzli kəndi (Hərbiçi)
- Novruzov Sahib İsrafil oğlu Şayıflı kəndi (Hərbiçi)
- Rəsulov Dadaş Əmirxan oğlu Malakeşin kəndi (Hərbiçi)
- Sadıqov Qorxmaz İsmayıl oğlu Malakeşin kəndi (hərbiçi)
- Sadıqov Əfrail Siracəddin oğlu Zərdab rayonu (hərbiçi)
28.Əliyev Salman İsməmməd oğlu Salyan rayonu (hərbiçi) - Məmmədov Ramiz Telman oğlu Ağbənd kəndi (Hərbiçi)
- Atakişiyev Sabir Şahməmməd oğlu Zərnəli kəndi (Hərbiçi)
- Məmmədov Feyruz Məhərrəm oğlu Şayıflı kəndi (Hərbiçi)
- Tağıyev Qiyas Veysəl oğlu Zəngilan şəhəri (Hərbiçi)
- Yaqubov Rəhim Teymur oğlu Şayıflı kəndi (Hərbiçi)
Işğal zamanı işgəncə verilərək öldürülən mülki sakinlər:
10 dekabr 1992-ci il: daşnak terror birləşmələri Zəngilan rayonunun «Dardan yuxarı» adlanan Şayıflı və Şərikan kənd sovetliklərinin əhatə etdiyi ərazilərə basqınlar ediblər. Şayıflı kənd sakini Həsən İsmayılovu palaza büküb diri-diri yandırıblar. Şayıflı kənd sakini Müseyib Ələkbərovu, Aşağı Gögəli kənd sakinləri Vəli Abbasovu, Nabat Nəsirovanı, Telman Abbasovu, Nüsrət Şirinovu, Şərikan kənd sakinləri İsmayıl İsmayılovu, Töhfə Məmmədovanı, Musa Məmmədovu, Səkinə Qədimquliyevanı, Bürünlü kənd sakini Zülfüqar Məmmədovu, Canbar kənd sakini Ağa Səfiyarovu qəddarcasına döyərək öldürüblər. Qətlə yetirilənlər əliyalın və dinc sakinlər olmaqla 60-80 yaş həddində olublar; Həmin ərazidə olmuş Zəngilan kənd sovetliyinin sakini Əsgərov Seymur Əsgər oğlunun əl-ayağını bağlayıb xüsusi amansızlıqla, üstündə siqaret kötükləri yandırıb-söndürməklə, əzab verə-verə faciəli şəkildə qətlə yetiriblər.
Allahdan Cəmi Şəhidlərimizə rəhmət, yaralılarımıza Şəfa diləyir, Ordumuza, xalqımıza, Ali Baş Komandanımıza can sağlığı arzulayıram. Hər zaman bir olaq, Bütöv Azərbaycanımızın möhkəmlənməsini qoruyaq.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri