21.11.2024

AVMVİB sədri Füzuli Rzaquliyev Zəfər Günü münasibəti ilə təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 8 Noyabr — Zəfər Günü münasibətilə xalqımızı təbrik etmişdir. AVMVİB Mətbuat xidməti təbriki oxucuların diqqətinə çatdırır:

«Əziz həmvətənlər! Sizi Azərbaycan xalqının tarixi qürur və şərəf dolu günü olan Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu böyük Qələbə yalnız torpaqlarımızın azad olunması deyil, həm də Azərbaycan xalqının milli iradəsi, birliyi və əyilməz ruhunun təcəssümüdür.

Bu qələbə, şəhidlərimizin müqəddəs qanı ilə yoğrulmuş azadlıq yolunda parlaq bir zəfərdir. Onların əziz xatirəsi hər zaman ürəklərimizdə yaşayacaq və heç vaxt unudulmayacaq. Biz onların qoyduğu bu müqəddəs vəzifəni daima uca tutacaq və tezliklə Zəngəzurumuza geri qayıdacağıq!

Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir iradəsi, ordumuzun qəhrəmanlıqla yazdığı yeni tarix bu qələbəni mümkün etdi. Məhz onun müdrik rəhbərliyi altında qazandığımız bu Zəfər, Azərbaycanın suverenliyinin bərpası yolunda qızıl hərflərlə tarixə yazılmışdır. Bu möhtəşəm zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, qəhrəman ordumuza və bu uğurda canını fəda etmiş igid şəhidlərimizə sonsuz minnətdarlığımızı bildirirəm.

Zəfərimiz mübarək olsun! Zəngəzurda görüşənədək!»

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: