21.11.2024

11 oktyabr 2020 “ İkinci Qarabağ müharibəsinin xronologiyası”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 15 — cü günü
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


         11 oktyabr 2020 - Saat 02:00 radələrində Gəncə şəhərinin mərkəzində bir yaşayış binası raket atəşinə məruz qalmışdır.[380] Nəticədə Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, düşmənin Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olmuş, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir.
      Saat 4 radələrində Ermənistan ordusunun Mingəçevir su-elektrik stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atmışdır. Raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdir.
    Gecə ərzində Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika" özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilmiş və sıradan çıxarılmışdır. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.
            Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərmişdir.
          Hikmət Hacıyev özünün "Twitter" səhifəsində Gəncə şəhərində 3 yaşayış binası dağıdılması nəticəsində qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxsin öldürüldüyünü, uşaqlar da daxil olmaqla 33 mülki şəxsin ağır yaralandığını açıqlamışdır.
         Səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilmişdir.
        Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən, Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanmışdır.
        Saat 13 radələrində Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuşdur.
      Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Gəncə şəhərinə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyini bildirmişdir.  Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verərək döyüş meydanınından qaçmağa məcbur edilmişdir.
       Saat 16:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan yenicə azad olunan Daşkəsən kəndinin videogörüntüsünü yayımlamışdır.
      Saat 17:30 radələrində Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutmuşdur.[398] Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun "Kub" zenit raket kompleksinin məhv edildiyini göstərən videogörüntü yayımlamışdır.
     Saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura ciddi ziyan dəymişdir.
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: