21.11.2024

10 oktyabr 2020 — İkinci Qarabağ müharibəsinin xronologiyası

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 14 — cü günü

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


                              10 oktyabr 2020

10 oktyabr gecə saatlarında, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Azərbaycan və Ermənistanın Moskvada baş tutan 10 saatlıq danışıqlardan sonra iki ölkənin Dağlıq Qarabağda atəşkəs barədə razılığa gəldiklərini və tərəflərin bundan sonra «maddi» danışıqlara başlayacaqlarını bildirdi.
Saat 08:00-dan etibarən isə hərbi əməliyyatlar dayandırılacaq, əsir və ölülərin mübadiləsi təmin ediləcək. Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlamışdır. Ermənistan tərəfi də vəziyyətin gərgin olaraq qaldığını bildirmişdir.
Səhər saatlarınadək Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 «Qrad» yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 «Akasiya» özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 «Zastava» zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilmiş və sıradan çıxarılmışdır.
Saat 9:30 radələrində Ermənistan ordusu Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutmuşdur. Ermənistan tərəfi isə bu məlumatın yalan olduğunu bildirmişdir.
Saat 10 radələrində Ermənistan tərəfi Azərbaycanı «hərbi əməliyyatlar dayandırılana qədər vəziyyəti dəyişdirmək» cəhdində günahlandıraraq Xankəndi şəhərində həyəcan siqnalının verildiyini açıqlamışdır.
Saat 10:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin daha bir zirehli tank bölməsinin darmadağın edildiyini göstərən videogörüntülər yayımlamışdır. Həmin radələrdə Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoymuşdur. Ermənistan tərəfi isə bu məlumatın yalan olduğunu bildirmişdir. Həmçinin Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə məxsus S-300 zenit raket sistemini məhv etmişdir.[357][358] Ermənistan ordusunun bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilmişdir.
Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun növbəti artilleriya qurğularının məhv edildiyini göstərən videogörüntülər yayımlamışdır
Saat 12:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazisini atəşə tutmuşdur.
Saat 12:00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərmişdir. Ermənistan tərəfi Azərbaycan Ordusunun Kaşataq mərzinin Birinci Alıbəyli kəndini və Sünik mərzinin Artsvanik kəndini bombardman etdiyini açıqlamışdır. Hər iki tərəf saat 12:00-dən etibarən bir-birini atəşkəsi pozmaqda ittiham etmişdir.
Saat 13:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejimini pozan düşmənin zirehli texnikasının məhv edildiyini göstərən videogörüntülər yayımlamışdır.
Saat 18:30 radələrində atəşkəs rejimini pozmaq məqsədilə düşmənin atəş nöqtələrinə çıxarılan ağır artilleriyası Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edilmişdir. Hikmət Hacıyev özünün «Twitter» səhifəsində Ermənistan ordusunun Füzuli və Goranboy rayonlarının kəndlərini raket hücumuna məruz qoyduğunu açıqlamışdır.
Saat 19 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin döyüşə hazır vəziyyətə gətirilən zenit-raket komplekslərinin məhv edildiyini göstərən videogörüntülər yayımlamışdır. Ermənistan ordusu günorta saatlarında atəşkəs rejimini pozaraq, Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərmişdir. Cəhdlərin qarşı alınarkən baş vermiş döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 «Qrad» yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilmişdir.
Saat 20 radələrində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutmuşdur. Həmin radələrdə Ermənistan ordusunun artilleriya batareyasının məhv edildiyini göstərən videogörüntülər yayımlanmışdır.
Saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olmuşdur. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri
saat 22:30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutmuşdur. Ermənistan tərəfi isə Azərbaycan Ordusunun yenidən Xankəndi şəhərini bombardman etdiyini açıqlamışdır. Azərbaycan tərəfi isə bu məlumatı təkzib etmişdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: