21.11.2024

09 oktyabr 2020 “ İkinci Qarabağ müharibəsinin xronologiyası” *

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm

Zəfər tariximizə qızıl hərflərlə yazıldı. AVMVİB Neftçal Şöbəsi Vətən müharibəsinin xronikasını təqdim edir. Müharibənin 13-cu günü

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

*** 9 oktyabr 2020 — Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, gecə ərzində gərgin döyüşlər ordumuzun üstünlüyü ilə davam etmişdir. Həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılmışdır. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanmış, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilmişdir. Dünən gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 «Qrad» yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 «Akasiya» özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilmiş və sıradan çıxarılmışdır. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilmişdir. Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımlamışdır. Saat 9 radələrində Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində rayonun Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, o cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəymişdir. Saat 11 radələrində Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutmuşdur. Saat 14 radələrində Azərbaycan Müdafiə Nazirliyi ordumuzun mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv etdiyini özündə əks etdirən videogörüntüləri yayımlamışdır. Həmin radələrdə Ermənistan silahlı qüvvələri Bərdə və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutmuşdur. Həmçinin düşmən Mingəçevir və Ağcabədi rayonlarının ərazilərinə artilleriya zərbələri endirmişdir. Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun xeyli sayda BM-21 «Qrad» yaylım atəşli reaktiv sistemi məhv edilmişdir. Saat 16:30 radələrində Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilmişdir. Ermənistan tərəfi Azərbaycan Ordusunun Xankəndi şəhərini yenidən bombardman etdiyini açıqlamışdır. Hikmət Hacıyev bildirmişdir ki, bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılmışdır. Prezident İlham Əliyev xalqa müraciətində Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21 «Qrad», 1 «Uraqan», 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i 2S3 «Akasiya», 2-si «Qvozdika», 36 piyadanın döyüş maşını, 24 artilleriya batareyası, 2 «REM» və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 «Osa» zenit raket kompeksi, 2 «Kub» zenit raket kompeksi, 4 «Repelent» radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd «TOS 1a» odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası , 1 «Kalçuqa» anteni məhv edilmişdir. Həmçinin 18 tank, 4 top, 22 piyadanın döyüş maşını, 12 minaatan, 4 «UAZ» maşını, 1 ekskavator, 27 «İqla» kompleksi, 1 «ZİL» maşını, 9 «QAZ» maşını hərbi qənimət kimi ələ keçirilmişdir. Saat 18 radələrində Goranboy rayonun Tap Qaraqoyunlu kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində həmin kənd sakini 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Bundan başqa, Tərtər rayonunun inzibati mərkəzinin də eyni zamanda top atəşinə tutulması nəticəsində rayon sakini 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Axşam saatlarında düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Həmçinin Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərindən yeni videogörüntülər yayımlamışdır. Saat 14 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: