18.10.2024

07 oktyabr 2020 “ İkinci Qarabağ müharibəsinin xronologiyası” *

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 11-cu günü
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


              Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlamışdır.
   Saat 10 radələrində Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində tam üstünlüyü ələ keçirtmişdir.  Həmçinin işğaldan azad olunmuş Şükürbəyli kəndindən yeni videogörüntülər yayımlanmışdır.
   Saat 10:20 radələrində Ermənistan silahlı qüvvələri Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutmuşdur.
    Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilməsinin növbəti videogörüntüsünü yayımlamışdır. Günorta saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhənin müxtəlif istiqamətlərində düşmənin dayaq nöqtələrinin ələ keçirildiyini açıqlamışdır.  Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olmuş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.
    Saat 15 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutmuşdur.
    Saat 10 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edilmişdir. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilmişdir. Günorta saatlarında Ermənistan tərəfi Azərbaycan Ordusunun Xankəndi şəhərini bombardman etdiyini açıqlamışdır.  Azərbaycan xüsusi xidmət orqanlarına yaxın mənbələr Xankəndidə dinc sakinlərin qalmadığını bildirib. Dağlıq Qarabağdan minlərlə qaçqın Ermənistana axışıb. Onların yolunda ilk yaşayış məntəqəsi sərhədyanı erməni şəhəri Qorisdir. Qarabağdan çıxan qaçqınları Qoris meriyasına gətirirlər, oradan onları ya qohumları götürür, ya da mehmanxanalara paylayırlar. Oktyabrın 7-dən Dağlıq Qarabağın paytaxtında erməni hərbçiləri formasında rusdilli insanlara rast gəlinməyə başlayıb.
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: