18.10.2024

Daha bir AVMVİB üzvü təltif olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü Rövşən Bayramov təşkilatın təsis etdiyi «Böyük Zəfər» xatirə medalı ilə təltif olunub. Xatirə medalı Rövşən Bayramovun şad günündə — oğlunun toy mərasimində ona təqdim edilib.

Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov və təşkilatın digər üzvləri iştirak etmiş, xatirə şəkli çəkdirmişlər.

Rövşən Bayramovu təbrik edir, ona cansağlığı və uğurlar arzu edirik!

Qarabağ üzrə xüsusi müxbir,
Elçin Qədirov

Whats-App-Image-2024-09-22-at-14-23-23
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: