Müharibə veteranları səhiyyə işçilərinə təşəkkür etmişlər
26 avqust 2024 cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev, Tərtər rayon Qazilər Birliyinin sədri Vəkil Vəliyev və veteranlarmız Rayon Mərkəzi xəstəxananın şöbə müdiri Əliyeva Gülarə Sahib qızı ilə Şəhid ailələrinə, Qazilərə, Veteranlara qayğı və diqqət ayrılması mövzunda söhbət aparmışdır.
Qazi və Veteranlarımız qayğıkeş həkim Əliyeva Gülarə Sahib qızına öz təşəkkürlərini bildirərək onlar adından «Fəxri Fərman» ilə təltif edilmişdi. Görüşün sonunda həkim Əliyeva Gülarə Sahib qızı diqqətə görə minnətdar olduğunu qeyd etdi və vəzifə borcunun yerinə yetirərkən müalicəyə ehtiyacı olan Vətən müharibəsi iştirakçılarna daimi olaraq tibbi nəzarətin artırılmasına söz vermişdir.
AVMVİB Mətbuat xidməti
Qarabag Bölgə müxbiri Elçin Qədirov