15.10.2024

AVMVİB sədrindən təşkilatın 30 illiyi münasibəti ilə təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri (AVMVİB) Füzuli Rzaquliyev təşkilatın 30 illiyi ilə əlaqədar təbrikində bildirmişdir:

«Allaha şükürlər olsun ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi öz 30 yaşını müstəqil, suveren, bütöv Azərbaycan olaraq qeyd edir. Ali Baş Komandanımız İlham Əliyev cənablarının siyasi iradəsi, qəhrəman əsgər və zabitlərimizin şücaəti, xalqımızın birliyi sayəsində bu gün düşmən tapdağından azad olan Vətənimiz bu şərəfli tarixi missiyanı şərəflə yerinə yetirdi. Biz də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq bu 30 il ərzində üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdıq və bundan sonra da fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bakıdan Naxşıvana Zəngəzur dəhlizindən keçib gedəcəyimiz gün uzaqda deyil.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri olaraq İdarə Heyətinin üzvlərini, o cümlədən bütün şöbə sədrlərini və təşkilatımızın bütün üzvlərini, ehtiyatda olan əsgər və zabitlərimizi, qazilərimizi, müharibə veteranlarımızı və müharibə əlillərimizi təbrik edirəm. Eyni zamanda, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə səbr arzulayıram.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini təbrik edən dövlət və hökumət qurumlarına, təşkilatlara, bizi təbrik edən ayrı-ayrı Vətən oğullarına, media subyektlərinə təşəkkür edir, işlərində uğurlar arzulayıram!»

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: